beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

+++++++++++Yağlı saçlar üçün qulluq

Yağlı saçlar digər saçlara görə təmizlənməsi və baxımı ən çətin saçlardır. Buda sizlərə yağlı saçların qulluqu ilə əlaqədar pik nöqtələr:
Qulluq: Saçınızın yağlı görünməməsi üçün tez-tez yumanız şərtdir. Çox yağı alıb, məsamələri sıxışdıran xüsusi bir şampun istifadə etməlisiniz.
Saç Dərinizi Yatırın: Yağ istehsalını yenidən normal tarazlığına qovuşdura bilərsiniz. Apteklərdən tapa biləcəyiniz təbii gil ilə edəcəyiniz saç maskası, saçınızın daha uzun müddətdə yağlanılmasına köməkçi olar. Bunun üçün maskanı 5-10 dəqiqə gözlədib saçınızı şampunlamanız kafi.
Məcbur etməyin: Saç dərinizi köhnəldə biləcək hər şeydən qaçın. Saçınızı çox isti fenle qurutmayın. Hətta ən yaxşısı öz-özünə qurumağa buraxmaqdır. Yalnız ilıq suyla yuyun və çox çox daramaqdan qaçın.
Yağlı bir saç üçün ən təsirli baxım məhsulu alma sirkəsidir. Saçlarınızı yuduqdan sonra son durulama suyunuza bir çay stəkanı qədər alma sirkəsi qarışdırsanız saçlarınızın daha parlaq və daha az yağlanılan bir quruluşa qovuşduğunu görəcəksiniz.
Bir başqa təklif isə Limon durulaması; yağlı saçlar üçün 1 limonun incə rəndələnilmiş qabığı və 1 çay qaşığı dolusu incə qıyılmış cökə, yarım litr soyuq suya əlavə olunar və qaynama dərəcəsinə qədər isidildikdən sonra 10 dəqiqə dəmlənməyə buraxılar və süzülər. 8 limonun suyu ilə birlikdə, hamısı bir şüşəyə və ya qaba köçürülər və çalxalanaraq 2 gün gözlədilər. Saçlar yuyunduqdan sonra, 1 litr ilıq durulama suyuna, şüşədəki mayenin 1/8 hissəsi əlavə olunar və durulama edilər.


Tarix: 29.06.2013 / 12:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 96 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri