beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qıvrım saçlar üçün....

Bəzən buruq və dalğalı saçları düzə gətirmək olduqca məcburedici ola bilir. Bunun üçün istifadə edilən kimyəvi maddələr isə çatmaq istədiyimiz nəticənin tam əksinəni doğura bilər. Bildiyiniz kimi təbiət saçlarınızın ən yaxın dostu. Canlı saçlara sahib olmaq üçün bir neçə təbii qarışıq və bir az səbir kafi.



Hindqozu maskası
Təzə hindqozunun südü və limon suyu saçlarınızda möcüzələr yarada bilər. Hindqozu südü ilə yarım stəkan təzə sıxılmış limon suyunu qarışdırın. Sıxlaşıb krem konsistensiyasına gələnə qədər soyuducunda soyumağa buraxın. Maskanı saçlarınıza tətbiq edin və bir saat qədər gözlədin. Həftədə 3 dəfə təkrarlayın.



Bal maskası
Beş yemək qaşığı süd tozuyla bir miqdar suyu qalın bir məcun meydana gətirmək üçün qarışdırın, Üzərinə bir şirin qaşığı bal əlavə edin və yaxşıca qarışdırın. Qarışığı saçlarınıza tətbiq edin və 20 dəqiqə gözlədin. Ardından saçınızı şampunlanın. Qarışığı istədiyiniz sıxlıqda tətbiq edə bilərsiniz.



Zeytunyağlı saç kremi
Zeytunyağını bir az istilədin. Daha sonra yüngül soyuması üçün gözləyin və saç kreminizin içinə qarışdırın. Qarışığı saçınıza tətbiq etdikdən sonra yarım saat gözləyin və suyla durulayın. Maskadan sonra şampun istifadə etməniz lazım deyil.



Banan maskası
Bir kasa qatığa yaxşıca əzilmiş bir ədəd/adət bananı əlavə edin və qarışdırdıqdan sonra saçlarınıza sürün. Yarım saat gözlətdikdən sonra ilıq suyla şampunlanın. Xüsusilə boyalı saçlar üçün tövsiyə edilən bu maskanı ayda bir dəfə tətbiq edə bilərsiniz.



Karamel maskası
Bir stəkan bal, yarım stəkan zeytunyağı, yarım stəkan limon suyu və yarım stəkan karameli bir kabın içində yaxşıca qarışdırın. Qarışığı saçlarınıza sürdükdən sonra bir saat gözlədin və şampun və saç kremiylə saçlarınızı yuyun.


Tarix: 29.06.2013 / 12:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 93 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri