beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yağlı Dəri Problemini Necə Aradan Qaldırmalı?

Dərinizi yuduqdan sonra qısa müddət ərzində üzünüzdə yenidən yağlanma hiss edirsinizsə, bu o deməkdir, dəriniz ifrat dərəcədə yağlanmağa meyllidir. Aşağıdakı tövsiyələrə əməl etməklə dərinizdəki yağlı parıltını azalda və ya tamamilə yox edə bilərsiniz.



Kirşandan İstifadə Problemi Həll Edə Bilərmi?

İlk növbədə, qeyd etmək lazımdır ki, kirşandan istifadə etməklə siz dərinizin yağlılıq problemini yalnız ört-basdır edə bilərsiniz. Bu, əlbəttə ki, çıxış yolu deyil. Köməkçi vasitə kimi kirşandan istifadə etməklə yanaşı, gündəlik olaraq müəyyən rejimə riayət etməyiniz məqsəduyğun olardı.

Dərinizin Yağlılığını Azaldıb Ona Sağlam Parlaqlıq Bəxş Etmək Üçün Aşağıdakı Addımları Atmağınız Tövsiyə Olunur:

1. İstifadə Edəcəyiniz Kirşanın Növünü Müəyyənləşdirin.

İlk növbədə, hansı növ kirşandan (toz və ya maye şəklində) istifadə edəcəyinizi qərarlaşdırın. Əgər siz maye kirşana üstünlük verirsinizsə, o, mütləq dərinizin tonuna uyğun olmalıdır. Bundan əlavə, belə bir vasitəni istifadə etməzdən öncə, əmin olun ki, kirşan məxsusi olaraq yağlı dəri üçün nəzərdə tutulmuşdur.

2. Üzünüzü Həddən Artıq Yumayın.

Yağlı dərisi olan bir sıra insanlar üzlərini gün ərzində bir neçə dəfə yumağa meyllidirlər. Amma unutmayın ki, dərinin su ilə çox təmasda olması onun həddən artıq qurumasına gətirib çıxara bilər. Ona görə də üzünüzü səhər və axşam yatmazdan öncə və ya ehtiyac olarsa daha bir-iki dəfə yuya bilərsiniz.

Yağlı Və Ya Qarışıq Dəri Problemini Həll Etməkdə Daha Bir Neçə Tövsiyyə Sizə Yardımçı Ola Bilər:.
Çoxlu maye (xüsusən su) için;Sağlam qidalanmaya riayət edin, azyağlı qidalar, çoxlu meyvə və tərəvəz qəbul edin;
Zülalla zəngin qidalar qəbul edin, amma həddən artıq duzlu və şəkərli qidalardan (xüsusən konserv, fast-fud və şokoladdan) çəkinin;
Vitamin qəbul edin
Gündəlik olaraq üzünüzü lazımi qaydada təmizləyin
Üzünüzü təmizləyərkən ilıq sudan istifadə edin və kəskin tərkibli məhsullardan istifadə etməyin;
Tərkibində yağ olmayan kosmetik məhsullara üstünlük verin;
Bacardığınız qədər tez-tez idman edin ki, intensivləşən qan dövranı dərinizi lazımi mikroelementlərlə qıdalandıra bilsin. Bu zaman üzünüzdə heç bir makiyaj olmamalıdır;
Yatdığınız yastığın üzünü tez-tez dəyişin ki, onun üzərində toplanmış toz və çirk qalıqları üzünüzün məsamələrini tutmasın;
Həftədə minimum bir dəfə üzünüzü yağlı dəri üçün nəzərdə tutulmuş skrabla təmizləyin;
Dərinizdəki yağlılıqdan qurtulmaq üçün ən azı həftədə bir dəfə üzünüzə palçıq maskası qoyun.


Tarix: 26.06.2013 / 13:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 84 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri