beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəlliyimizi qoruyaq xanımlar...

Əllərə qulluq

Əllərimizin ən böyük düşməni təmizlik maddələridir və əllərimizi sabunladığımız zaman yuyucu artıqları tam olaraq təmizlənməz. Buna görə əl baxımı üçün dərimizin xüsusiyyətinə uyğun kremlər istifadə etməliyik. Əgər dəriniz normalsa yatmadan əvvəl barmaqlarınıza və barmaq aralarına yağlı bir krem sürtün,çünki,bu qisim hissələr daha çox çatlamalara məruz qalar. Əllərinizin üstünə isə normal dəri kremi sürtün. Kremi əllərinizə yavaş-yavaş və masaj edərək yedirin.Əllərinizdəki çatlaqlar üçün limon suyu və odekolonu qarışdırıb əlinizə sürtün. Əllərinizdə çillər meydana gəlirsə,limon sununun içinə duz qatıb əllərinizi bununla ovuşdurun.
Əl baxımı üçün yağlı gecə kremi
Bir çay qaşığı balı bir az istilədərək əridin. İçinə iki xörək qaşığı küncüt yağı, bir xörək qaşığı badam yağı qatın və krem halına gələnə qədər qarışdırıb bir qaba qoyun. Gecə yatmadan əvvəl əllərinizə bu kremdən sürtüb yaxşıca yedirin və yumşaq bir əlcək geyin. Əlləriniz yumşaq olacaq.
Əllərinizin yumşaq olması üçün
Əllərinizin yumşaq olmasını istəyirsinizsə,1 litr suya 1 ovuc dolusu gicitkən otu qoyub qaynadın və su ilıq olandan sonra əllərinizi bu suyla yuyun.
Bir neçə dənə xiyarın qabıqlarını bir az dərin soyun və bu qabıqlarla əllərinizi ovuşdurun.
2 xörək qaşığı şirin badamyağı və 1 çay qaşığı kakao yağını qarışdırıb bir az istilədin. isindikdən sonra əllərinizin çatlaqlarına sürtün.



Ev şəraitində manikur

Dırnaqlarınızdakı lakı asetonun köməyi ilə silin.
Dırnaqlarınızı istədiyiniz formada kəsin.
Əllərinizi təxminən 5-10 dəqiqə ilıq suda saxlayaraq dırnaq ətlərini yumşaldın.Lazım olarsa dırnaq ətlərinin üzərinə yumşaldıcı krem çəkə bilərsiniz və ya həmin ilıq suya bir neçə damcı zeytun yağı əlavə edə bilərsiniz.
Dırnaq ətini dırnağın gerisinə doğru itələyin.
Əllərinizi yuyub qurulayın.
İstəyinizə uyğun olaraq istədiyiniz rəngdə lak çəkə bilərsiniz.



Üz dərisinin təmizləmə qaydası

Üz dərisini makiyajdan təmizləmək üçün aşağıdakıları tətbiq edin.
Üzünüzü təmizləmədən öncə dərinizi hazırlayın. Dodaq və göz makiyajınızı təmizləyin.
1- Pambığa bir azca üz dərisi üçün olan təmizləmə südü tökün və qalan tonal kremi təmizləyin.
2- Üzünüzü isladın, təmizləyicini burun kənarlarından başlayaraq almacıq sümüklərinə, xaricə doğru dairəvi hərəkətlər edərək tətbiq edin. Bu hərəkət kiri və yağı daha asan yumşaldacaq.
3- Üzün ən yağlı hissəsi olan burun, çənə,alin hissəni təmizləmək üçün təmizləyicini çənədən başlayıb, burun,alin hissəyə doğru dairəvi hərəkətlər edərək tətbiq edin.
4- İlıq suyu əlinizə alıb üzünüzə səpin.Nəmli bir pambıqla saç xəttində və gicgahlarda qalanları da təmizləyərək məsamələrin tıxanmasını önləyin.Pambıq yoxdursa, təmiz dəsmal da istifadə edə bilərsiniz.Daha sonra bir dəqiqə içində dərinizə nəmləndirici krem tətbiq edə bilərsiniz.



Gözlərə qulluq

Göz qapağının dərisi daha çox incədir. Buna görə göz qapağınızın təmizliyində yağlı krem istifadə etmək yerinə tonik istifadə edin və daha sonra gül suyuna batırılmış pambıqla gözlərinizə 10 dəqiqə kompres edin.
Göz ətrafı qırışıqları üçün: Bir qaşıq yaş maya, 1 çay qaşığı süd, 1 çay qaşığı alma suyu və 1 çay qaşığı balı yaxşıca qarışdırıb göz ətrafınıza barmaq uclarınızla yedirərək yayın. 20 dəqiqə gözlədikdən sonra dərinizi ilıq suyla yuyun. (Həftədə bir dəfə tətbiq edə bilərsiniz).
Cökə ilə göz Duşu : Gözlərinizi bağlayacaq qədər təmiz bir bezi isti cökə suyunda bir müddət gözlədib sıxın və gözlərinizin üstünə qoyub,işıqlı bir otaqda arxaüstə uzanın. Soyuyana qədər gözlərinizin üstündə gözlədin. Daha sonra yumşaq bir dəsmal ilə silin.
Kölgə Duşu: Əllərinizi bir-birinə sürtərək yaxşıca istilədin. Gözlərinizi bağlayın və əllərinizi gözlərinizin üzərinə qoyub 30 saniyə gözləyin. Daha sonra əllərinizi gözlərinizdən çəkin. Gözlərinizi açmadan 30 saniyə daha gözləyib gözlərinizi açın bu hərəkəti 5 dəfə təkrarlayın.

Ayaq təmizliyi

Sağlam ayaqlar üçün baxım və hijyen çox əhəmiyyətlidir.

Ayaq təmizliyi necə olmalıdır?

- Ayaq təmizliyinə diqqət edin.
- Ayaqlarınızı hər gün ilıq suda 5-10 dəqiqə gözlətdikdən sonra sabunla yuyaraq təmizləyin. Uzun müddət ayaq duşlarından qaçının. Çünki bu əməliyyat ayaq dəriniyin qurumasına, çatlamasına və elastikliyinin pozulmasına yol aça bilər.
- Ayağınızı sabunla təmizlədikdən sonra durulayıp, xüsusilə barmaq araları olmaq üzrə yaxşıca qurulayın. Barmaq aralayarının yaxşı qurulanması göbələk infeksiyalarının meydana gəlməsini önləyər.
- Yumadan sonra ayaq dərinizdə quruma olsa vazelinli məlhəm və ya neytral losyon istifadə edərək yumşalda bilərsiniz.
Quru və çatlamış ayaqlar üçün:
Ayaqlarınızın davamlı şişməsindən narahat olursunuzsa, bitki duşlarından faydalana bilərsiniz. Bunun üçün, bir litr suda iki ovuc çobanyastığı və bir ədəd limon qabığını qaynadıb soyudun. Ayaqlarınızı bu suyun içində yarım saat qədər gözlədin. Şişlərin endiyini, ayaq dərisinin canlandığını görəcəksiniz.


Tarix: 23.06.2013 / 16:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 248 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri