beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ey Azərbaycan Qadını! Çalış Daima Gözəl qal!

Fəsil dəyişikliyi ilə əlaqədar xanımlara
tövsiyyələrimiz.

Fəsil dəyişikliyi ilə əlaqədar olaraq orqanizmdə müəyyən dəyişikliklər olur. Bu dəyişikliklərdən ən vacibi isə vitamin çatışmamazlığıdır. Bu problemi aradan qaldırmaq üçün ən əsas orqanizmin vitamin qəbul etməsidir. Çünki hər şey daxildən gəlir. Daxildəki bu problemi həll etmədən, dəriyə nə qədər qulluq edilə belə, heç bir nəticə alınmayacaq. Mart, aprel eyında ultra günəş şüaları aktiv olduğundan mütləq qoruyucu kremlərdən istifadə edilməlidir. İsti havada günəşin təsirindən dəri daha çox yağ ifraz edir. Əsasən də quru dərili xanımlar digər dəri tiplərindən fərqli olaraq dərilərinə ciddi yanaşmalıdırlar.

Ən çox promlem nədə yaranır onuda açıqlayaq.
Xanımları ən çox səpkilər narahat edir. Bu səpkilər müxtəlif tipdə ola bilər. Lakin xanımlar bu səpkilər arasında ən çox civzələrdən şikayət edirlər. Civzə dəri altında yaranan iltihablı yaradır. Belə halda mütləq kosmetoloqa müraciət etmək lazımdır. Çünki vaxtında belə səpkiləri müalicə etmədikdə ciddi problemlər, məsələn, dəridə qara ləkələrin qalması və bu kimi fəsadlar ola bilər. Dəridəki bu qüsurların müalicəsi vaxtında və fəsadsız mümkündür. Bəzən xanımlar üzlərində bir az yaxşılığa doğru müsbət təsir gördükdə müalicəni yarı yolda kəsirlər. Onlara elə gəlir ki, mikroblar məhv olub. Ancaq bu, belə deyil. Bəzən mikroblar dərinin qatlarında qalaraq gözdən itir. Lakin bir müddət sonra yenidən ortaya çıxaraq problem yaradırlar. Belə halda xanımlara səbirli, dözümlü olmağı məsləhət görərdim. Yalnız bu halda onlar müalicənin effektini görə bilərlər.

Gözəl və təravətli görünmək istəyən qadın hər zaman özünə qulluq etməlidir. Bunun üçün nəmləndirici kremlərdən, qidalandırıcı maskalardan istifadə etmək lazımdır. Qeyd etdiyimiz məsləhətlərdən istifadə etməklə makiyajsız da daha cavan və gözəl o cümlədən baxımlı dəriyə sahib ola bilərsiniz.


Tarix: 23.06.2013 / 15:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 76 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri