beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Meyvələr üzü gözəlləşdirir...

Qadınlar üçün üz gözəlliyi çox vacibdir. Baxımlı və sağlam üzə sahib olmaq doğru qidalanmaqdan asılıdır.
Sağlam və gözəl bir üzə sahib olmaqda meyvələrin rolu da böyükdür. Bəs hansı meyvələr üzə yaxşı təsir göstərir?
Üzü gözəlləşdirməyin bir yolu da çoxlu meyvə yeməkdir. Meyvələrin içində olan antioksidanlar üzünüzün gənc görünməsini təmin etməklə, yaşlanmasının qarşısını alır. Güclü antioksidanlar olan üzə faydalı meyvələr aşağıda göstərilənlərdir:
Ananas
Üzü qırışlı olan insanlar çoxlu ananas yeyə bilərlər.Üz problemlərindən biri olan qırışlara ananas yaxşı təsir göstərir.Üzün toxumasını dartaraq, sərtləşmə və qurumaların qarşısını alır. Gündə bir neçə dilim ananas yemək kifayətdir.
Çiyələk
Çox sevdiyimiz meyvələr arasında yer alan çiyələk də,antioksidanlı meyvədir. Üzdəki kallogenin miqdarını artıraraq yaşlanmanın səbəbi olan sərbəst radikallara qarşı üzü qoruyur. C vitaminli olan çiyələk diş minasının saralmasınının qarşısını da alır.
Nar
Nar da güclü antioksidanlar arasındadır. Üzü sərbəst radikallara qarşı qoruyaraq,üzün təravətlənməsinə təsir göstərir. Üzün hücrələrini qoruyur və yaşlanmanın qarşısını alır. Üzün sağlığı baxımından narın da təsiri böyükdür.
Əncir
Təmiz və parlaq bir cildə sahib olmaq istəyirsinizsə, əncirdən istifadə etməlisiniz. Lifli bir meyvə olan əncir bədəninizin toksinlərdən qorunmasına köməkçi olacaq. Antioksidan olan əncir eyni zamanda üzdə meydana gələ biləcək xəstəliyin qarşısını da alaraq qızartıları aradan qaldırır.


Tarix: 22.06.2013 / 18:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 91 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri