beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dərini qorumaq nəfəs almaq qədər vacibdir...

Üz dərisini qorumaq nəfəs almaq qədər vacibdir.. Elə isə üzümüzə qulluq edək.. Maskalardan istifadə edək.
Qidalandırıcı maska - 2ç/q droj və 1ç/q badam yağını qatışdırırsan. Sonra isə üzərinə 2-3 damcı limon şirəsi əlavə edib, üzə cəkib 15-20 dəq saxlayırsan. Ən sonda üz ilıq su ilə yuyulmalıdır.
Üzdə çillərə görə - Qerkules unu, çoban yastığı (dəmlənmiş suyu) qarışdılır.1həftədə 3 dəfə üzə cəkilib 15-20 dəq saxlanılır. Sonra üz ilıq su ilə yuyulmalıdır.
Üzdə qırışa görə - 1x/q un (qerkules), 1 yumurta sarısı, 1x/q smetan qarışdırılıb üzə çəkilir. Qarışdırdıqdan sonra 15-20 dəq üzdə saxlanılır. Sonra üz ilıq su ilə yuyulmalıdır.
Yağlı dəri üçün – 1x/q un, 1x/q smetan, 1ç/q soda qarışdırılır. Üzə cəkilib 10 dəq saxlanılır. Sonra üz ilıq su ilə yuyulmalıdır.
Sifəti dartan krem (maska) – yarım limonun suyu və 1 yumurta ağı qarışdırılır. Üzə cəkilib bir az saxlanılır. Sonra isə üz yuyulmalıdır.
Ağardıcı maska – 2q bal və 4q un qarışdırılıb, üzə cəkilir. Bir az saxlandıqdan sonra üz yululmalıdır.


Tarix: 19.06.2013 / 18:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 64 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri