beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

+++++++++++Makiyajımızı Düzgün Edək!

Əvvəlcə dərinizi sizə uyğun təmizləyici ilə təmizlədikdən sonra, dərinizi bir miqdar yenə dərinizə uyğun bir krem ilə nəmləndirin. Dəri tipinizə və rənginizə uyğun bir örtücü kremi bütün üzünüzə və çənənizin altına doğru düzgün yayın. Örtücünü incə bir təbəqə halında çəkməyə diqqətedin, bu şəkildə daha yaxşı nəticə əldə edəcəksiniz.
Etdiyiniz bu xətti bir pambıqlı çubuq köməyiylə yüngülcə yuxarıya doğru paylayın. Kirpiklərinizin daha sıx görünməsi və göz formanızın daha yaxşı fərq edilməsi üçün göz ətrafına yəni kirpik diblərinizə xətt çəkə bilərsiniz ancaq sərt xəttlərdən qaçın.
Qaşlar üçünsə bir fırça köməyiylə qaşlarınızı yuxarı doğru darayın. Qaş rənginizə uyğun bir qələmlə qaşlarınızı kiçik zərbələrlə boyayın və yüngülcə paylayın. Bunun üçün toz kölgə də istifadə edə bilərsiniz.
Yanaqları rəngləndirərkən ənliyinizi yanaq çuxuruna yaxşıca çəkin. Allığı sürdüyünüz yerdə yalnız bir parlaqlıq olmalı. Boyanın harada başlayıb bitdiyini göstərən xəttlər olmamasına diqqət yetirin.
Dodaqlarınıza cazibədar bir görünüş verə bilmək üçün dodaq ətrafınıza dodaq boyanızı bir ton tündü olan qələminizlə çərçivə edin. Bir pomada fırçasıyla dodaqlarınızı boyanın. Bu əməliyyatdan sonra dodaqlarınıza bir az pudra çəkib ikinci bir qat dodaq boyası çəkin. Alt dodağınıza bir az parladıcı çəksəniz dodaqlarınız daha cazibədar görünər.


Tarix: 16.06.2013 / 12:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 71 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri