Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mükəmməl dodaqların 3 sirri

Qış aylarında soyuqla, yaz aylarında günəşlə tək başına mübarizə etməyə çalışan dodaqlarımız, sizcə də bir az diqqətə layiq deyillərmi? Mövzu makiyaj olunca rəngli dodaq boyalarımızı sevərək istifadə edirik amma o dodaq boyaları daha gözəl və dodaqlarımızı daha sağlam göstərmək üçün əlimizdən gələni etmirik. Sizlər üçün bir neçə qulluq nümunələri təqdim edirəm.
Gözəl dodaqların ilk sirri çoxlu su içməkdir.
Su, yalnız dodaqlarınız üçün deyil dəriniz üçün də bənzərsiz bir şəfa qaynağıdır.
Gün içində su içməyi unuduram deyirsinizsə, suyu stəkan yerinə bir şüşəyə doldurub gözünüzün önünə qoyun.
Dodaqlarınızın əlavə baxıma ehtiyac duyduğu fəsil keçişlərində və havanın soyuq olduğu zamanlarda xüsusi ilə daha çox su içməyə diqqət edin.
Dodaqlarınızı günəşdən qoruyun.
Yaz - yay fəslində çölə çıxarkən günəş qoruyuculu tonal kremlərimizi ya da nəmləndiricilərimizi çəkməyi unutmuruq.
Dəniz kənarında bədənimizi zərərli şüalardan qorumaq üçün çoxlu günəş kremi çəkirik.
Yaxşı dodaqlarımızı günəşdən qorumaq neçə adamın ağılına gəlir?
Sizə ən böyük tövsiyəmiz günəş qoruyucu təsirli dodaq nəmləndiriciləri istifadə edin.
Əgər günəşə gün boyunca məruz qalacaqsınızsa, nəmləndiricinizi tez-tez yeniləməyə laqeyd yanaşmayın.
Ölü dərilərdən təmizlədiyiniz dodaqlarınız qüsursuz görünəcək.
Min bir həvəslə aldığınız rəngarəng dodaq boyalarınızın qüsursuz görünməsini istəyirsinizsə, dodağınızdakı ölü dərilərdən xilas olmanızı təklif edirik.
Zeytun yağı və şəkər qarışığını dodağınıza çəkin və bir diş fırçasının köməyi ilə ehmalca fırçalayın.
Bu əməliyyat həm dodaqlarınızı nəmləndirəcək həm də üzərindəki ölü dərilərdən təmizləyəcək.


Tarix: 15.06.2013 / 19:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 193 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...