beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəlin makiyajı necə olmalıdır?

Böyük gün gələcək nəhayətki... Makiyajınızda nələrə diqqət yetirməniz lazım olduğunu bilirsiniz?

Bir qadının evləndiyi gün həyatındakı ən əhəmiyyətli anlardan biridir.Bəlkə də ən əhəmiyyətlisidir. Əlbəttə o gün çox gözəl və cazibədar olmaq, illərlə baxılacaq fotoşəkillərdə gözəl çıxmaq istəyəcəksiniz. Onu xoşbəxt edən bir yoldaşın yanında şəxsiyyətinə və tərzinə uyğun bir gəlin paltarı, uyğun bir saç modeli və makiyajı, xoşbəxtliyinin xaricə vurumu olaraq böyük əhəmiyyət daşıyar.
Buna görə də gəlin makiyajı həqiqətən çox əhəmiyyətlidir. Gəlinin həddindən artıq makiyaj olması gəlinin təravətinə kölgə sala bilər.Lap az makiyaj isə tezliklə makiyajın uçub getməsinə səsbəb olar

Bizdən sizə bir neçə təklif var

Əvvəldən mütləq sınaq edin. Sizə makiyaj tətbiq edəcək olan insanın istifadə etdiyi vəsaitləri öyrənin. Lazım olsa öz vəsaitlərinizi yanınızda gətirin.
İşi ustasına buraxmaq ən yaxşısı ola bilər amma unutmayın ki ,insanı ən yaxşı tanıyan yenə özüdür. Nizamlı olaraq özünüzə makiyaj etdiyinizə görə nə sevib sevmədiyiniz mövzusunda qərarlı davranın və əvvəlcədən nə istədiyinizi bilin. Yəni ümumi havanı, necə görünmək istədiyinizi paylaşsanız sizi makiyaj edenin işi də asanlaşacaq.
Əsla boyun və sinə bölgənizi unutmayın. Makiyajlı bir üzlə boyun və sinə qisimi arasında bir neçə ton reng fərqi olar və qorxunc bir görünüşə səbəb olar!
Əgər makiyajınızı özünüz edəcəksinizsə, bir neçə ay əvvəlində gəlin paltarı modelləri evlilik hazırlıqları ilə əlaqədar jurnalari qarışdırarkən manikenlərin makiyajlarına da dikat edin. Bəyəndiyiniz bir tərz olsa rəsmi saxlayın və nümunə olaraq istifadə edin.
Qalıcı, suya dayanıqlı məhsullar istifadə etməyə çalışın. Unutmayın ki ,toy macəranız böyük ehtimalla səhərin erkən saatlarında başlayıb gecə saatlarına qədər də davam edə bilər. Günün həyəcanı, hava şərtləri, yaşadığınız romantik anlar makiyajınızın dayanıqlılığı mövzusunda gerçək bir test ola bilər! Yəni maiyajınızı güvənli edin və dodaq boyası üstünə mütləq sabitləyici bir parladıcı istifadə edin.


Tarix: 12.06.2013 / 20:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 137 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri