Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəlinlər qaynanaları ilə niyə yola getmirlər?

Tarix boyu gəlin-qaynana münaqişəsi ailələrin ən ciddi problemlərindən biri olub. Bəs buna səbəb nədir? İngiltərədə aparılan araşdırmada mütəxəssislər bu sualın cavabını tapmağa çalışıblar.

İctimai araşdırmalar aparan "OnePoll" müəyyənləşdirib ki, hər 10 gəlindən 4-ü qayınanası ilə münasibət qurmaqda çətinlik çəkir. Belə ki, hər 10 gəlindən biri yaşadığı problemlərə görə, qaynanası ilə əlaqələrini kəsir. 10 gəlindən 5-i isə vəziyyəti həyat yoldaşı ilə müzakirə edir.
Gəlin-qaynanana münasibətlərinin ən çox mübahisəyə səbəb olan mövzu isə uşaq btərbiyəsi ilə bağlıdır. Ailənin iki üzvünün bir-biri ilə yola getməməsinin digər səbəbi isə aşağıdakılardır:
1. Qaynananın gəlinə keçmiş təcrübələrini örnək gətirməsi
2. Qaynananın gəlinin analıq bacarığına şübhə etməsi
3. Qaynananın gəlinin nəvəsini qeyri-sağlam qidalarla bəsləməsini iddia etməsi
4. Qaynananın gəlinin uşağının nəyi xoşlayıb, nəyi sevmədiyini bilməməkdə ittiham etməsi
5. Gəlinin sözünün ciddi qəbul edilməməsi
6. Maddi problemlərə fərqli baxış
7. Uşaqların tərbiyəsi
8. Uşaqların zəif, arıq olması
9. Gəlinin geyim-kecimi
11. Gəlinlərin mətbəx bacarıqları
12. Qaynananların oğulları ilə sirlərini paylaşması


Tarix: 12.06.2013 / 20:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 70 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...