beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağıllı Qadının Sevgiyə Aid GÖZƏL Cavabı

Bir gün Peyğəmbərimiz (s.ə.v) Hz. Əlidən(əs) soruşar:
-Ya Əli Allahı sevirsən?
-Bəli Ya Rəsulullah

-Yaxşı Məni sevirsənmi ?
- Bəli Ya Rəsulullah

-Yaxşı Həyat yoldaşını sevirsənmi?
-Bəli Ya Rəsulullah

-Yaxşı bəs uşaqlarını necə sevirsənmi?
-Bəli Ya Rəsulullah

-Yaxşı onda bunların hamısını ürəyində necə daşıyırsan?
deyə soruşanda, Hz. Əli(əs) bu gözlənilməz sualın qabağında duruxdu və cavab vermədi.
-Bunu fikirləşməliyəm deyə Rəsulullahın yanından ayrılır.

Hz. Əli(əs) fikirli şəkildə gəzərkən, Həyat yoldaşı Hz. Fatimə(sa) Onun fikirli olduğunu görür və soruşur.

«Nədir bu halın Ya Əli? Əgər bu düşündüklərin dünya qayğılarına görədirsə, Sənə yaraşmaz dünya qayğa qayğıları haqda fikirləşmək, Yox əgər bu halın İlahi qayğılarına görədirsə, anlat birlikdə həll yolunu tapmağa çalışaq» deyər.

Hz. Əli(əs) Peyğəmərimizlə danışdığı dialoqu bir-bir Hz. Fatiməyə(sa) danışmağa başlayır. Hz. Fatimə(sa) bu halı öyrəndikdən sonra gülümsəyər və deyər.

Ya Əli Atama get və de ki;
Bir insan Allahı ağlıyla və ruhuyla sevər.
Peyğəmbərini qəlbi ilə sevər.
Həyat yoldaşını nəfsi ilə sevər.
Uşaqlarını isə şəfqəti ilə sevər.


Tarix: 09.06.2013 / 19:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 72 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri