beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın hər şeyi bagışlayır, amma əsla unutmur...

Ən çox sevdiklərimizi incidirik!...
Bəzən, anlamadan,
Bəzən, elə belə,
Bəzən, başqasına olan hirsimizi onlardan çıxardırıq...
Bəzən, gün boyu olmuş susqunluqlarımızın, əzilmişliklərimizin, onlara kəsirik...
Ən çox qadınlarımızı sevir, ən çox qadınlarımızı küsdürürük...
Necə olsa “onlar” bizi anlayar!...deyə düşünürük
Bəs biz “onları” nə zaman anlamaya başlayacağıq?...

Arvadını ölüncəyə qədər döyən kişi…
Daha sonra üzür istəmək üçün ayaqlarına düşən yenə kişi...
Bu qədər əzabdan sonra axşam əlimizdə bir buket çiçəklə zəngi çalırıq...
Qadının qapını heç bir şey olmamış kimi açmasını gözləyirik ...
Ayaq səsləri gəlir qulağımıza əvvəl ...
Qapı açılır...
Ən şirin halimızla çiçəkləri ona uzadırıq …
Və bütün problemləri həll etdik, bütün pis günlərə xətt çəkdik…deyirik.
Çiçəkleri alır, gənç qız xəyallarindan etdiyi vazonun içinə qoyur...

İllər sonra, qurudulmuş çiçəklərə bir fotograf albomunun içində rast gəlirik ...
Çox gerilərdə qaldığını düşündüyümüz, unutduğunu zənn etdiyimiz o günü...
Acı bir gülümsəmə bürüyür dodaqlarımızı…
Özümüzdən sual veririk...
Görəsən biz!... Niyə bu qədər tez unuduruq?...
Qadın hər şeyi bagışlayır, amma əsla unutmur...


Tarix: 25.05.2013 / 18:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 65 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri