beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir düşün...!

İnsan dediyin;
ağ bir səhifə deyildir kirlənər
bəzən...
meşəni yandıran kibrit zibili kimi
bir həyat başqa bir həyatda əriyər
bəzən də
ümid əkdirib günəş doğuran...
buluddan süd sağıb, körpə doyuran qadınlar kimi
bir həyat başqa bir həyata can verər. ..bir düşün…!

Bir düşün...!
kim öyrətdi çiçəklərə mövsümləri
kim asdı göy qübbəyə
atəşini gözümüzdən alıb...
ovcumuzdan itkin gedən ulduzları
uçurtmağa nəfəs. ..yarpaqlara səs verib
yanıq yanıq ney üfləyən küləyi
.
Sirrində unutduğumuz surətimizi bizdən alan
bütün sirlərimizi açıqlayan aynanı
dayanıb dinləmədən günəşə təvaf edən dünyanı. ..bir düşün...!

Bir düşün...!
yoxluğumuzda boşluğumuzu dolduran xəyalları
kölgəsi dünyadan silinib getmiş. ..boş ömürləri
.
Xülyamızdan yatağımıza düşmüş. ..ağlımızda qalan külləri
yaxşıları, pisləri
.hayatımızdakı körpüləri. ..bir düşün...!

Nə axtarar eşq ana könül dərgahında
niyə. ..-ilk dadında qalmaz heç bir sevda-
həyat bəzilərini yelləncəkdə yelləyər...
bəzilərini darağacında
.
Göyün mavisi dayanarkən. ..niyə ağ qar
həqiqətin iynəsi acı,
ümidlər tozlu, -bütün sancılar bir bədən axtarar



Bir düşün...!

niyə qaranlığa heç günəş doğmaz
-zaman heç dinlənməz-
-iki sonsuzluq ağla sığmaz-
-səbr ağacı dərhal meyvə verməz-...bir düşün...!

Üşüməyi düşündüyün qədər
düşünməyi...
və hətta
düşünməməyi də bir düşün...!
..
Fizikimi fikrimi
həyatın hansı üzündədir sənin üzün
...
..
//...Düşünmək: həyatın pasını silməkdir. ..//


Tarix: 17.05.2013 / 18:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 169 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri