beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınların şərəfinə

Kişilər bircə inciməyin,yaxşı?

Kimsə nə vaxtsa bunları sizə deməliydi.

Qadınlar hər bir halda kişilərdən yaxşıdır.Onlar gözəldir,ağıllıdır,cəlddir və həyata daha yaxşı uyğunlaşa bilir.Hətta bununla belə kişilərdən çox yaşamağı da bacarırlar.

İstənilən kişinin bu həyatda güzəştləri var:məsələn onlara bir saat tez durub makiyaj edib sonra da uşaqları və həyat yoldaşını yola salmaq vacib deyil. Onlara lazım deyil ki hər 5 dəqiqədən bir güzgüyə baxsınlar ki necə görünürlər.Onlara tərləmək,xoruldamaq,söyüş söymək,avtobusda yatmağa icazə verilir.

İki qadın birlikdə teatra və ya konsertə getsə buna təbii baxırlar,amma iki kişi bunu etsə o dəqiqə maraqlı baxışlarla qarşılaşırlar,birdən....

Konsertdə,teatrlarda,mühazirələrdə qadınlar çoxluq təşkil edir.Bəs kişilərin çoxluq təşkil etdiyi yerlər haralardır?Futbol,həbsxana,dəlixana,ayıltma məntəqələri.Və xəstəxanada infarkt dizanozu ilə.Qadınlar belə mənasız işlərlə məşğul olmur.


Kişilər zəif cinsdir.Onlar içir,siqaret çəkir,narkotikdən istifadə edir,tez ölür,insult və infarkta daha çox məruz qalır,depressiyaya düşür.

Mütləq qadınlara hər gün qısa iş günü olmalıdır.Axı onsuz da onların iki iş günü var:evdə və işdə.Qadınlar işin 90 faizini edir amma 10 faizin əmək haqqını alır.Amma düzünə qalsa onlara iki dəfə artıq əmək haqqı verilməlidir.Kosmetika,kalqotkalar və başqa xərcləri nəzərə alsaq bu çox azdır.Kişilər siz heç dar yubka və hündürdaban ayaqqabıda avtobusun arxasınca qaçmağı sınamısınız?Heç təsəvvür edirsiniz bu nə deməkdir?Eh hardan biləsiniz...

Məndən inciməyin xalqın müdrik adətləri olduğu kimi mənasız adətləri də var.Bunu da kişilər fikirləşib yaradır.Məsələn hindu qəbiləsində ölən kişinin həyat yoldaşını da öldürüb onunla basdırırlar.Heç gör ölən qadının kişisinə bunu edərlər?Əksinə ona yenisi ilə evlənməyə icazə verilir.

Kişi səhər durdu,cinsini əyninə keçirdi və bütün iş gününü onunla keçirə bilər.Axşam həmin cinsdə restorana gedər,gecəni sevgilisinin yanına.Hətta lazım gəlsə həmin cinsdə 15 gün həbsdə oturar,ordan çıxıb onunla da işə gedər.Onu həmin cinsdə dəfn mərasimində də görə bilərsiniz.Amma qadın mütləq evə getməli,paltarını dəyişməlıi,uyğun tufli seçməli və hələ nə qədər də xırdalıqlar var ki onu bilmirik.


Bir nuansı da qeyd edim ki kşhilər maşın sürərkən ətrafdakı bütün yol hərəkət qaydalarına yox, amma bütün hərəkətdə olan qızlara baxırlar...amma qızlar bunu etmir...Çunki onların baxmaq istədikləri ya güzgüdür, ya da ürəyindəki və ya ağlındakı oğlan.


Kişilərin vecinə deyil arxadan,yandan,üzdən necə görünürlər,qadın isə rast gəldiyi bütün aynalarda bunu nəzərdən keçirməlidir.

Mübahisə doğuran bir fikrə gəldikdə isə,ağıllı olmaq fikrinə-kişi ilk görüşdə qadının görünüşünə baxır,qadın isə düşünür ki görəsən kişinin ağlındakı nədir?indi deyin görək kim daha ağıllıdır?Heç bir qadın kişinin ayaqları gözəldir deyə onun arxasınca qaçmaz.Qadına kişinin pulu,cəmiyyətdəki mövqeyi,intellekti maraqlıdır.Hər bir uğurlu kişinin arxasında bu uğura şərait yaradan qadın durursa kim daha ağıllıdır?

Yumor hissinə gəldikdə belə səhnələr zamanı tamaşaçılar arasından daha çox qadın gülüşü eşidilir.İstənilən artist bunu təsdiq edə bilər.Kişilərə ya gec çatır,ya da umumiyyətlə çatmır.Dünya qadınlarsız mövcud ola bilməz,amma kişilərsiz...onlar gec tez kişilərsiz keçinməyin yollarını tapacaqlar.



Odur ki nə qədər ki gec deyil qadınların qədrini bilin,onlara dəyər verin,sevin,əllərinizdə gəzdirin.

Qadınların şərəfinə)))


Tarix: 13.05.2013 / 19:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 218 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri