beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"QARANLIQ"

Müəllif:Xəlil Adıgözəl
"QARANLIQ" Gecə düşür hər tərəfə,
Tez qaranlıq hakim olur.
Bütün dünya,bütün aləm,
Qaranlığa təhkim olur. Sanki hər yan ovsunlanıb,
Təbiət də məst olubdur.
Mışıl-mışıl xumarlanıb,
Röyalarda süst olubdur. Anlamıram! Anlamıram!
Niyə hamı yatır axı,
Bizim "Həyat" dediyimiz,
Qaranlıqda batır axı! Ətrafıma boylanıram,
Bircə nəfər yoxdu oyaq,
Köməkləşib bu zülməti,
Bu gecəyə həsrət qoyaq! Bu zülmətdən sıxılıram,
Boğuluram azca qala.
Qorxuram ki,bu qaranlıq,
Məni də tez ovsunlaya! Bu susqunluq uzun sürməz,
Əlbət "Günəş"doğacaqdır!
Bu zülümkar qaranlığı,
Gözləriylə boğacaqdır! Səninləyəm ey zülmət,
Bəsdir daha,yetər artıq.
Zülmətinə qalandıq.
Onu bil ki,hara getsən,
Iynə olub gözdən itsən,
Unutma ki,hər zaman sən, Qaranlıqsan qaranlıq...


Tarix: 19.11.2013 / 04:18 Müəllif: Akhundoff Baxılıb: 210 Bölmə: Maraqli Hekayeler