beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir Qadinin Hekayesi ...

O çox gözəl qadın idi. Qənirsiz gözəl. Bu gözəllik bir çox gözəlliyi əskik qadının paxıllıq, qibtə yeriydi. O özü də bunun fərqində idi, bunu bilirdi. Amma artıq həyat ona marağsız, mənasız görünürdü. Hələ arxasınca gələn maşının içindəki şəxsin baxışlarını kürəyində hiss etdikcə sanki kürəyinə ox batırırdılar, ürəyi sancırdı. Geriyə dönüb, o maşının qapısını açıb, o insanın boynuna sarılmağı o qədər istəyirdi ki... Gözündən süzülən yaş boynunu- boğazını islatmışdı, yanından keçənlər təəccüblə ona baxırdılar. Fərqində belə deyildi, onsuz da anadan olandan diqqət mərkəzində idi. Bütün həyatı kino lenti kimi gözünün önündən keçirdi...

Kişilərin ona zillənən heyran baxışlarını, qadınların qısqancılığını hələ gənc yaşlarından hiss etmişdi. Əvvəllər bu baxılardan zövq alsa da sonralar usanmağa, bezməyə başladı. Onu daha çox qadınların yersiz söz atmaları əsəbləşdirirdi. Onu ərinə, nişanlısına, hətta oğluna qısqananlar da vardı. Sanki qız gedəcəyi evə fəlakət aparacağdı. Şəhərdən bir qədər kənarda yerləşən yaşadığı qəsəbədədə bir çox kişini yuxusuna daş atsa da, cürət edib, yaxın gəlib söz deyən də çox az idi. Əsas səbəblərdən biri özündən bir neçə yaş böyük olan boylu-buxunlu, özü kimi yaraşığlı, bu yerlərdə sözü keçən qardaşının olması idi. Kimsə birbaşa bu gözəlliyin qarşısına keçib, ürəyini açmağa cəsarət belə edə bilməzdi. Yusif özü də bacısının gözəlliyinin fərqində idi, bilirdi ki bu qızı çox yanında saxlaya bilməyəcək, hələ məktəbi bitirmədən qıza gələn elçi sayından özünü itirmişdi Yusif, ağsaqqalsız, ağbirçəysiz evdə nə edəcəyini bilmirdi.

Anaları öləndə Yusifin yeddi yaşı vardı, Züleyxa anadan olandan cəmi iki saat sonra həkimlərin bütün cəhtlərinə baxmayaraq anaları gözlərini əbədi olaraq yummuşdu. Yusif o günü heç unutmurdu, atası körpə Züleyxanı bağrına basıb, hönkür-hönkür ağlamışdı. Ata anası bir birlərini çox sevirdilər, elə evlilikəri də o qədər asan olmamışdı. Ailələr bir birinə qohum olsalar da aralarındakı soyuq münasibətdən dolayı bu ailənin qurulmasına elə də isti münasibət bəsləməmişdilər. Elə bu səbəbdən günlərin bir günü bir birinə qoşulub, səssiz-səmirsiz yaşadığları əyaləti tərk etmişdilər. Düzdü səhərisi qız evi oğln evinə "hücum” etsə də, sonradan hər şeyin könüllü baş verdiyini anlayandan sonra sakitləşmişdilər. Hərə öz komasına çəkilib, "bizim daha o adda övladlarımız yoxdu” deyib, bu iki gəncin "kitabını bağlamışdılar”. Başqa bir əyalətə sığınan bu gəncləri sakinlər "qəribdilər” deyib istiqanlılığla qarşılamışdılar. Düzdü şəhər yerində hərə bir diyardan gəldiyi üçün "qərib” sözü işlənməsə də o zamanın əyalət dilində bu söz işlənərdi. Hətta o kənddən bu kəndə gəlin gələn də özünü qərib adlandırıdı. Sığındığları ev kiçik olsa da, həyəti bağlı baxçalı idi, Yusifin anası sevərdi gülləri, elə bu səbəbdən onu çox sevən həyat yoldaşı həyətdə ən gözəl gülləri əkərdi. Yusifin xəyalına anası gülləri qoxlayan anında gələrdi həmişə. Getdikcə ev eşiyi səhmana salıb, güzəran quran gənc ailənin xoş təbiətli atası zaman keçdikcə bu əyalətdə hörmət qazanmış, anası isə tikdiyi gözəl əlbisələrlə dillər əzbəri olmuşdu. Çox az zamanda qazandığları hörmətdən məmnun idi hər ikisi. Yusifin doğulması isə onlara dünyaları vermişdi. Atası işdə olanda da xəyalı arvadının, oğlunun yanında olardı. Hər axşam evə qayıdanda gözəl arvadını, ağappaq toppuş oğlunu görəndə daha da xöşbəxt olurdu sanki. Bu xöşbəxtlik isə cəmi yeddi il davam etdi, ikinci övladına hamilə qalan qadının vəziyyəti xoşagələn deyildi. Həkimlər daha övlad sahibi ola bilməyəcəyini desələr də anası inad etmiş, övladını dünyaya gətirəcəyini istəmişdi. Anası qız övladının olacağını o qədər arzu edirdi ki, ataları belə bu arzunun qarşısın ala bilməmişdi. Bəlkə də belə bir faciənin olacağını ağlına gətirməmişdi. Anası əhd etmişdi ki, qızı olsa adını mütləq Züleyxa qoyacaq. Belə də oldu, amma.... Züleyxa doğulandan iki saat sonra həkimlərin bütün cəhdlrəinə baxmayaraq anaları canını tapşırdı. Yusif indi də xatırlayırdı, anası öləndə bütün xəstəxana ağlamışdı, hələ əyalət camaatının evlərinə tökülüşməsi, üzlərini demək olar ki görmədiyi babaları, nənələri, əmi dayı, xala bibi... Hər kəs burdaydı, dizinə başına döyən qadınlar, ağlayan kişilər... Qohumların üzündəki təəssüf, peşmanlıq.... Anasının yerə qoyulan cənazəsi.... Yadına gəlir ki, sakitcə yerə çöküb, cənazə ipəyini anasının üstündən qaldırıb öpəndə hər kəs özünü itirmişdi, lakin sonra daha da çoxalan hönkürtülərin səsi hələ də qulağındaydı!...

Anasının ölümündən sonra çox şey dəyişdi. İki körpə uşağla tək qalan ata çarəsiz qalmışdı. Bir tərəfdən sevimli arvadının ölümü, bir tərəfdən anasız qalan körpə uşağların qayğısı... Gənc ata özünü itirmişdi, qohum qardaş nə qədər çalışsalar da ata yurduna qayıtmaq niyyəti yox idi, küsmüşdü sanki hər kəsdən, ürəyi qırılmışdı. Sanki arvadının ölümündə bu insanların günahı var idi. Həm də arvadının məzarı da burda idi, bilirdi ki geri qayıtmayacaq, elə o səbəbdən də arvadını burda dəfn etdi və bu məzar onu bu əyalətə daha çox bağladı. Ana bacı bir müddət onlarda qalsa da, sonradan hər kəs evinə ocağına qayıtdı. Gənc ata hansı işdən yapışacağını bilimirdi, evdə uşağların göz yaşlarını görməməkçün qaçmaq, uzağlaşmaq istəyirdi. Yaxşı ki, qonşu qadınlar köməyə gəlirdilər, yoxsa bu körpə qızcığazın sağ qalması müşkül idi. Uşaq az qala əyalətdə dünyaya nə qədər yeni uşaq gətirmiş qadın varsa hamısından süd əmdi, yavaş yavaş böyüməyə başladı. Yusif artıq ikinci sinifə gedirdi, bəlkə də anasının olmamasından ya nədənsə müəlliməsinin sevimlisinə çevrilmişdi. Gedib gəlib Yusifin saçlarınına sığal çəkən müəlliməsini çox sevirdi Yusif.

Həm ev işində, həm çöl işində işləmək üzmüşdü atanı. Bütün gün bənnalıq edib, evə çörək qazanan ata, evə gələndə içməyə isti çay da tapmırdı, daha doğrusu bunları edəcək qadın yox idi. Züleyxanı demək olar ki qonşular böyüdürdü. Düzdü Yusifin atası da bu yaxşılığın altında qalmırdı amma başa düşürdü ki, bu da çıxış yolu deyil. Yusif böyük olduğu üçün az da olsa özü özünü idarə edə bilirdi, bəlkə də həyat bunları ona daha tez öyrətdi. Səhər ayılanda yerini yığmağı, paltarlarını geyməyi, dəftər kitabını səliqəli saxlamağı yaşıdlarından daha tez öyrəndi. Hələ günortalar qonşuları Züleyxanı evə yatmağa gətirəndə, körpəni dizləri üstə qoyub yatırmağı da öyrənmişdi. Yusif öyrəşmişdi artıq körpəyə, sanki o vaxtdan dərk etmişdi ki bu körpəni Tanrı ona əmanət verdib, qorumalıydı! Dizlərinin üstündə uyuyan körpəni ehtiyatla qucağına alar, balaca beşiyinə uzadardı. Bəzən dəqiqələrlə körpənin üzünə diqqətlə baxardı. Züleyxa anasına elə bənzəyidi ki, bəzən körpəni qucağlayıb hönkür hönkür ağlayardı. Hər dəfə yorğun halda evə dönən ata övladlarının bir birini qucağlayıb soyuq evdə yatdığlarını görəndə ürəyi parçalanırdı. Çox zaman da balalarını bağrına basıb , ağlayardı ata.

Günlərsə dayanmırdı, həyat davam edirdi.... Ananın ölümündən düz 10 il keçmişdi. Yusif artıq onuncu sinifdə oxuyurdu, məktəbin ən yaxşı oxuyanı, ən yarşığlı oğlanı idi. Hər gün üzərində neçə neçə qızın nəzərlərini hiss edirdi. Bu onun xoşuna gəlsə də fikri dərslərinin yanında idi. Artıq Züleyxanın on yaşı vardı, elə indidən gözəlliyi göz çıxarırdı, böyüyüb çox canlar alacağı məlum idi. Bəlkə də evin yeganə qadını olduğu üçün Züleyxa vaxından əvvəl ağır işlər görməyə başladı. Yemək bişirməyi, paltar yumağı, ev yığışdırmağı bacarırdı artıq. Ata övladını çox sevsə də hər dəfə Züleyxanın üzünə baxanda o müdhiş günü xatırlayırdı.Hələ üstəlik qızın anasına həddsiz bənzəyişi ataya daha bir dərd idi, anası sanki bütün gözəlliyini, cizgilərini qızına verib getmişdi. Bu on il ərzində yaxınların israrla evlənməsini məsləhət görmələrinə baxmayaraq, ailə qurmadı.Cavan getmiş arvadının ondan küsəcəyini, ruhunun bu evi əbədi tərk edəcəyini düşünürdü. Amma çətin idi təkbaşına iki övlad böyütmək, həm ana həm ata olmaq cox çətin idi. Bu illər ərzində yemək bişirməyi, ev yığışdırmağı da öyrənmişdi. Yeganə təsəllisi övladları idi, onları sonsuz sevgi ilə sevirdi, biri bir az xəstələnəndə dünyası dağılırdı sanki. Yaraları sağalsa da hərdən göynədirdi onu, ürəyi ağrıyırdı.... İndi ən böyük arzusu Yusifin universitetə qəbul olması idi, bilirdi ki oğlu bacaracaq, amma bunun üçün də pul lazım idi. Yusif universitetə qəbul olsa onun üçün ev kirayə etmək, pul göndərmək lazım idi. Qazancı pis olmasa da, həyəcan keçiridi. Hər dəfə Yusifi oxuyan görəndə onu bağrına basar, alnından öpərdi. Uşağlarının hər iksinin saçlarından arvadının saçından gələn ətir gəlirdi. Bu hər hansı ətir deyildi, təbii , anadangəlmə, doğal ətir idi. Balalarının belə ağıllı , oxuyan, tərbiyəli olması atanı sevindirirdi, qürur duyurdu övladları ilə. Amma hardan bilərdi ki bu xoş günlərin də bitməsinə çox az qalıb!

Ananın ölümündən düz on il sonra, yağışlı günlərin birində dostları ilə toydan evə qayıdan ata müdhiş bir avtomobil qəzasında həlak oldu. Bu gözlənilməz faciə nəinki Yusiflə Züleyxanı hətta bütün əyalati ağrıtdı. Eşidən-bilən Yusifgilin həyətinə tökülüşdü. Mənzərə o qədər ürəkparçalayan idi ki, görənin qanı donurdu. Yusif dinib-danışmırdı, sanki donmuşdu, heç ağlamırdı da. Daha doğrusu ağlaya bilmirdi!...Nə olduğunu dərk edə anlamırdı, bu adamlar bura niyə yığışıb deyə öz özünə deyinirdi ürəyində. Donuq-donuq ətrafa baxırdı. On yaşlı Züleyxanın isə səsini kəsmək mümkün deyildi, balaca əlləriylə atanın tabutunu qucağlayıb kimsəni yaxına buraxmırdı. Atanın ölümündən daha çox qızın bu hərəkəti ağladırdı hər kəsi, çırpınan, özünü yerlərə atan bu qızı kimsə sakitləşdirə bimirdi, yaxınlaşmağa cəsarət edən də yox idi. Hamıya nifrətlə, acığla baxırdı. Qəfil başını qaldırıb, ona təsəlli verməyə çalışan baba-nənəsinə "Siz öldürdüz atamı, siz öldürdüz” dedi. Bəlkə də haqqlı olan bu ittihamdan hər kəs öünü itirdi, baba əlləri ilə üzünü tutub, hönkürməyə başladı. Atanı dəfn etməyə aparanda, Züleyxanı zorla saxladılar. "Atamı aparmayın” deyib fəryad edən qızın səsi bütün əyalətdə əks olunurdu sanki. Gənc Yusifin çiyinlərinə isə ilk dəfə öz atasının tabutu qoyuldu.

Ev yenidən soyudu. Daş- divar rəngini itirdi. Canları, ürəyləri o qədər yanırdı ki, evin soyuğluğunu belə hiss etmirdilər. Yenə Yusif gündüzlər çölə bayıra cıxır, dostları başını qatırdılar. Züleyxa ağlamağdan üzülmüşdü. Bir tərəfdən bu ağır dərdin yükü, bir tərəfdən yemək yeməmək qızı tamam üzmüşdü. Heç yemək bişirən də yox idi. Yenə sağ olsun qonşular!...

O gündən Züleyxanın qayğılı, acınacağlı günləri başladı. Gündüzlər dərsə gedir, dərsdən gələndə isə gücü çatan bütün ev işlərini görürdü. Əslində gücü çatmayan iş də qalmamışdı sanki. Evin dirəyinə dönmüşdü qız....Yusif bir ara universitet məsələsini fikrindən çıxarmağa çalışdı, balaca qızı kimin ümidinə qoyub gede bilərdi ki? Heç ürəyi razı gəlməzdi, Züleyxasız gözünə yuxu da getmirdi. Sonda birdəfəlik Bakıya köçmə qərarı aldılar, onsuz da bu əyalətdə nə doğmları, nə də onları çəkən kimsə var idi. Bircə ata-analarının məzarı burda olduğu üçün bura onlarçün tərk edilməz gəlirdi.

Beləcə ata-analarının ölümündən düz bir il sonra əyalətdə atalarına məxsus evi və torpağ sahəsini satıb, paytaxta köçdülər. Dost-tanışın məsləhəti ilə xudmani, balaca bir həyət evi aldılar. Yeni şəhərə köçməylə həyatlarına yeni nəfəs, yeni ruh gəldi sanki. Şəhərin tünlüyü, səs-küyü içlərindəki dərdlərini yendi sanki, yeni dostlar, yeni qonşular, yeni tanışlığlar....

Yusifin universitetə qəbul olması həyatlarının ən sevincli günü idi. Züleyxa o gün evə yığılmadı, qardaşı ilə bütün şəhəri gəzdilər. Qızcığaz gəzinti zamanı hey danışdı, gah atasından, gah anasından, arada kövrəldilər də....

Yeni dərs ilində Yusif Züleyxanın əlindən tutub onu yeni məktəbinə gətirdi, özü isə həyəcanla universitetə yola düzəldi.

İllər keçirdi. Züleyxa bu illər ərzində daha da gözəlləşib, qəddi-qamətli bir qız olmuşdu. On doqquz yaşı vardı artıq. Ona elçi düşənlərin sayı hesabı yox idi. Yusif artıq gəlib-gedənlərin əlindən yorulmuşdu. Hərdən zarafata salıb, bacısını qınayırdı da:

Züleyxa, sən Allah bu gədələrdən birini seç, get. Yorulduğ gələnlərə çay paylamağdan.

İnciməzdi Züleyxa, bilirdi ki qardaşı ürəydən demir bu sözləri. Onların bir-birlərindən başqa kimi vardı ki?! Yusif artıq ailəli idi, bir oğlu da vardı. Sevib-seçdiyi bir qızla ailə qurmuş, xöşbəxt idi. Ən böyük arzusu Züleyxanın xöşbəxtliyi idi. Züleyxanın isə ürəyi, arzusu tamam başqası idi. Çox imkanlı ailənin, ərköyün övladına vurulsa da sevgisinin qarşılıqlı olduğuna əmin idi. Üz gözündən nəciblik, mərdlik yağan Hikməti çox sevirdi Züleyxa, gecəsini-gündüzünü əlindən alan bu sevginin yaxşı nəticə verəcəyinə o qədər də əmin deyildi. Çünki artıq o ailədə istənilmədiyini bilirdi. Hikməti özləri kimi zəngin bir ailənin qızı ilə evləndirməyə çalışırdı ailəsi. Amma Hikmətin sözü söz idi və ailə də oğullarını yaxşı tanıyırdı! Övladlarının inad etdiyini görən ailə sonda bu "özlərinə uyğun olmayan” ailənin qapısını açmağa məcbur oldu. Düzdü ilk baxışda Hikmətin anası da atası da Züleyxanın gözəlliyinə hayıl mayıl olsalar da, yenə də onların kasıb yaşayışını özlərinə yaraşdıra bilmədilər. Ananın baxışları Züleyxanın üzündə gəzdikcə ürəyində oğluna afərində deyirdi, qız sanki mələk idi, göylərdən gəlmişdi. Ana yaxşı anlayırdı ki, oğlu bu gözəllikdən əl çəkməyəcək, razı olmağdan başqa əlacı da yox idi. Ana sevinirdi ki,imkanlı olmasa da heç olmasa qızın gözəlliyi var, yoxsa varlı-hallı arvadların yanında nə ilə öyünəcəydi?....Züleyxanın sevincdən ayağı yerə dəymirdi, sanki uçurdu qız. Yusif də bunu hiss etmişdi, bacısının xöşbəxtliyi onu sevindirsə də məhs bu ailənin onların yemi olmadığını anlayırdı. Amma nə etsin ki, bacısı Hikməti çox sevirdi. İndiki zamanda sevən bir gəncin qarşısında dayanmanın nə demək olduğunu bilirdi. Züleyxa Hikmətə qoşulub gedəcəydi, bu mütləq belə olacağdı! Yusif isə Züleyxanı gəlinlik paltarında köçürmək istəyirdi bu evdən.

Elə belə də oldu! Tezliklə Züleyxa bu zəngin, adlı-sanlı ailəyə gəlin köçdü. O qədər xöşbəxt idi ki, xöşbəxliyindən uçurdu sanki qız. Onu dünyalar qədər sevən, bir sözünü iki etməyən ər, heç zaman görmədiyi zəngin həyat tərzi başını gicəlləndirirdi. Onunçün hər şey var idi, dilindən çıxan söz qanun idi sanki, Hikmət onun başına dolanırdı. Ayrı yaşamaq imkanları olsa da Hikmət ata-anasıyla bir evdə yaşamağı məsləhət bilmişdi. Hikmətgil ailədə üç övlad idilər. Bir bacı, iki qardaş. Böyük qardaş çox da mehriban olmayan, üz gözündən həmişə narazılıq, yekəxanalıq yağan zəngin bir ailənin qızı ilə evli idi, iki qızları vardı. Elə əvvəldən böyüklərin məsləhəti ilə könülsüz qurulan bu ailədə sevgidən, xöşbəxtliydən əsər-əlamət olmasa da iki övladarının xatirinə bir dam altında yaşayırdılar. Züleyxa elə ilk vaxtlardan anlamışdı ki, bu qadınla münasibəti yaxşı olmayacaq, onun istehza qarışıq kinayəli sözlərini anlaya bilmirdi. Bu qadında onların sevgisinə qarşı dərin bir qibtə hissi var idi.

İllər keçirdi... Hikmət işi ilə əlaqədar tez-tez xarıcı ölkələrə gedirdi. Elə bu səbəbdən Züleyxa ilin üç-dörd ayını Hikmətsiz keçirməli olurdu. Toylarından doqquz il keçməsinə baxmayaraq bir birlərini çox sevirdilər hələ də, əslində onlar təkcə ər-arvad, ailə sözünün birləşdirdiyi iki insan deyildilər. Onlar həm də iki dost, iki sirdaş idilər. Bir birini cümlənin əvvəlindən anlayan iki dost! Hikmət olmayanda Züleyxa təkcə ər üçün darıxmırdı, həm də həmdəmsiz, sirdaşsız qalırdı sanki. Artıq Murad üçüncü, Nihad isə ikinci sinfdə oxuyurdular. Züleyxa heç bir işdə çalışmadığı üçün işi-gücü uşağlarını məktəbə aparıb, məktəbdən gətirmək idi. Elə bu iki uşağa qulluq etməy, qayğılarına qalmaq özü ağır iş olduğu üçün Hikmət onun çalışmasına razı olmamışdı. Əslində Züleyxanın işləməyə vaxtı da yox idi. Hələ dərsdən sonra birini üzgüçülüyə, birini idmana aparmaq, axşam evdə dərslərinə kömək etmək Züleyxanı əməlli başlı yorurdu. Ən böyük arzusu övladlarını sağlam böyütmək idi. Evin ən böyük sevinci ata evə gələndə baş verirdi.

Hikmət yenə xarici ölkələrin birində idi. Getdiyi bu iki həftə ərzində demək olar hər gün zəng edib, ailəsinin hal-əhvalını öyrənirdi. Həyat yoldaşının hər gün zəng etməsinə, hər işlərinin yaxşı olmasına baxmayaraq Züleyxanın qanı qara idi. Hikmət uzağda olsa da bunu hiss edirdi, nə qədər cəht etsə də Züleyxa ona heç nə demirdi. Züleyxa istəsəydi də danışa bilməzdi, çünki son zamanlar evdə ona qarşı yaranan hirsin, övkənin səbəbini anlaya bilmirdi. Evdə qəribə ab-hava yaranmışdı. Hikmətin anası hər gün pıçapıçla telefonla kimləsə danışır, sonra sanki bütün hirsini qab-qacağdan alırmış kimi, səs-küy yaratmağa, diqqət çəkməyə çalışırdı. Züleyxa heç nə etməsə də özünü günahkar sayırdı. Hikmətin atası onun üzünə baxmır, nəsə deyəndə də gözlərini yana qaçırıdı. Züleyxa hiss edirdi ki, evin ağbirçəyi ərindən çəkinir yoxsa o naməlum səbəbi çoxdan açıb-ağartmışdı Züleyxanın üzünə. Sanki uşağlar da hiss etmişdilər bu soyuğluğu. Nə baba onları gəzməyə aparı, nə nənə saçlarına sığal çəkirdi. Axşamlar Hikmətin yerində, analarına sığınıb yatırdılar. Nə qədər düşünsə də bu soyuğluğa, övkəyə səbəb olacaq heç nə tapa bilmirdi özündə. Axı nə etmişdi, günahı nə idi?

Çox qəribəydi ki, Züleyxa özünə qarşı olan bu soyuq münasibəti övladları təhsil alan məktəbdə də hiss edirdi. Başqa vaxt onunla çox mehriban danışan, ona hörmətlə yanaşan müəllimlərin də onunla sanki danışmaq istəmirlərmiş kimi ifadə vardı üzlərində. Övladları haqqında məlumat almaq istəyəndə ona elə gəlirdi ki, müəllimlər onu başdan etməyə çalışır, suallarına tez-tələsiy cavab veirdilər. Hələ onun kimi övladlarını məktəbə ötürən valideynlərin üzündəki iztehza onu lap əsəbləşdirirdi. Nə baş verdiyini anlamırdı...

Hikmətin qardaşı qızları da bu məktəbdə oxuyurdular, onlar da sanki Züleyxadan qaçmağa çalışırdılar, hələ analarının üzündəki qəddar və kinayəli ifadə daha dözülməz idi. Züleyxadan ağızucu hal-əhval tutanda belə səsindəki dəhşətli soyuğluq və kinayə üşüdürdü Züleyxanı. Heç nə anlamırdı Züleyxa, elə bil sanki hamı, hər kəs onun əleyhinə idi, elə bil həyatındakı insanların hamısı üz çevirmişdilər ondan. Təkcə Hikmətin gəlməyini gözləyirdi, bir həftəyə gələcəydi Hikmət. Evliliklərindən on bir il keçməsinə baxmayaraq hələ də Hikmətə olan sevgisi azalmamışdı, onu əvvəlki tək, çılğın bir eşqlə sevirdi... Düzdü Hikmət bu illər ərzində Züleyxanı az da olsa incitmişdi, hətta qulağına bir para söz- söhbət də çatmışdı, amma Hikmətin dediyinə görə hamısı yalan, boş-boş söhbətlər idi. Düzdü ürəyinə şübhə düşsə də, Hikmətin dediylərinə inanmışdı, daha doğrusu özünü inandırmışdı.

Axşam Hikmət evə zəng etdi, səsi çox soyuq gəlirdi, dediyinə görə iki günə evə qayıdacağdı. Amma Züleyxa onun hələ bir həftə getdiyi ölkədə qalacağını dəqiq bilirdi. Telefonda nə olduğnu, nə baş verdiyini soruşsa da Hikmət tezliklə gələcəyini bildirdi, özü də sanki hədə -qorxu gəlirmiş kimi, acığlı, xüsusi bildirdi gələcəyini. İki gün sanki cəhənnəm kimi keçdi, Hikməti gözləmək o qədər uzun çəkdi ki, sanki iki gün iki ilə döndü. Adəti üzrə Hikməti elə həyətdə uşağları qarşıladı, səbirləri çatmırdı atalarının evə gəlib çatmağına. Hikmət uşağları bağrına basıb, öpüb yuxarı çıxdı, düzdü elə uşağları kimi Züleyxanı da öpüb oxşayardı həmişə, amma nədənsə bu baş vermədi! Ata-anası ilə soyuq görüşsə də, Züleyxa hiss edirdi ki, Hikmətin baxışları onların üzündədi, sanki onlardan nəsə öyrənmək istəyirdi. Elə indicə Züleyxanın ağlına gəldi ki, Hikmət məhs ata-anasının təkidi ilə tez qayıdıb və bu gəliş elə-belə, adi gəlişə bənzəmirdi. Hikmət bir fincan çay içdikdən sonra, otaqlarına çəkildi, üz-gözündən yorğunluq yağırdı. Amma baxışlarında yorğunluğdan başqa nə isə də var idi, hirsmi, kinayəmi, nifrətmi.... Züleyxa anlamırdı!

Uşağlar artıq yatmışdılar, Hikmətin ata-anası televizora baxırdılar. Amma elə bir gözləri Züleyxanın üzündə idi, sanki nəsə olacağdı və həsrətlə bu olacağın nə zaman baş verəcəyini gözləyirdilər. Bu baxışlardan təngə gələn Züleyxa Hikmətin yanına keçdi, onun çoxdan yatdığını düşünsə də Hikmət ayağ üstə idi. Üzündə sərt bir səbirsizlik vardı, zəif gecə lampasının işığında rəngi daha da solğun görünürdü. Sanki Züleyxanın içəri gəlməsini gözləyirdi geri dönüb, Züleyxaya sərt bir şillə vurdu. Üzünə dəyən sərt şillədən özünü itirdi qadın, yerə yıxıldı. Şilləni vurarkən Hikmətin ona dediyi söz isə şillənin ağrısından daha dözülməz idi- Fahişə! Züleyxa donmuşdu, söz deməyə, etiraz etməyə gücü çatmırdı, beynində yalnız "fahişə” sözü var idi. O söz doğurdanmı Züleyxaya ünvanlanıb, əgər belədisə niyə axı? Züleyxanın dinmədiyini, özünü müdafiə etmədiyini gördükcə Hikmət daha da qəzəblənirdi. Yerdə uzanığlı vəziyyətdə olan Züleyxa bədəninə dəyən zərbələri hiss etmirdi, heç səsi də cıxmırdı. Hikmət sanki birdən ayıldı, Züleyxanın ağız-burnundan gələn qan üst-başını, döşəməni qana bulamışdı. Qapı sakitcə aralandı, bayağdan onsuz da qapı arxasında dayanıb olanlara sadəcə qulaq verən ata-ana içəri keçdilər. Sanki belə olacağını çoxdan bilirlərmiş kimi heç nə onlara təəccüblü görünmürdü. Əslində Hikmət nəinki əl qaldırmaq, hətta indiyə qədər güldən ağır söz deməmişdi Züleyxaya. Əslində bütün bu olanlar Hikmətin ata-anasına təəccüblü görünməli idi , amma... Belə deyildisə demək ki, bu çoxdan qurulmuş plan idi. Hikmətin atası qabağa gəlib, oğlunu sakitləşdirməyə çalışdı, əllərindən tutub, taxtın üstündə oturtdu. Anası isə yerdə yarıbayğın halda uzanmış Züleyxanı yerdən qaldırıb, mətbəxə keçirdi. Züleyxa sanki keyimişdi, ətrafında olanlar ona yuxu kimi gəlirdi, heç nəyi dərk edə bilmirdi. Qaynanası spirtli pambığ ilə üz-gözünün qanını silirdi, əl dəsmalını soyuq suda isladıb, Züleyxanın alnına qoydu, iki fincan çay da süzdü. Mətbəxin qapısın örtüb, Züleyxa ilə üzbəüz oturdu:

Qızım sənin nəyin çatmırdı? Hansı dediyini etmədik? Heç utanmadınmı?
Nədən, ana, nədən utanmalıyam? Nə olub axı?

Qadının üzündə istehzalı bir təbəssüm yarandı:

Gözlərimin içinə yaxşı bax, Züleyxa, sən mənim nə demək istədiyimi yaxşı anlayırsan, özünü axmaq kimi aparma! Sənin o məktəb direktoru ilə nə işin vardı axı? Yanında yarlı-yaraşığlı ərin var, gül kimi balaların var, yaraşdımı sənə? Niyə ailəmizin adını yerə soxdun? ....

Qadın əl-qolla danışdığca ağzı köpüylənirdi, sanki barmağları Züleyxanın gözünə girəcəydi. Züleyxa isə gözləri bərəlmiş, heyrətdən ağzı açıla qalmışdı, sözləri eşidirdi, amma dərk etmirdi:

Nə direktor, ana? Kimi deyirsən? Nə olar açıq danış, vallah heç nə başa düşmürəm.
Əla başa düşürsən, bütün şəhər səndən danışır, biabır etdin bizi, bunun axırı nə olacaq, təsəvvür edsən? Hikmət uşağları əlindən alıb, səni də it kimi qovacaq evdən, isti yerini niyə soyuğ etdin, a bala? Nəyinə lazım iti o qoca kişi?...
Ana, Allaha and olsun, mənim heç nədən xəbərim yoxdu...

Qadın Züleyxanın sözünü deməyə imkan vermədi, heç vaxt hündürdən belə danışmayan qaynanası necə qışqırdısa, səsi divarlarda əks etdi:

Kəs səsini, ləçər, bəs niyə bütün şəhər səndən danışır? Elə bilirdin gizli qalacaq?

Züleyxa daha danışmadı, başa düşürdü ki danışmağı mənasızdı, heç danışmağa taqəti də yox idi. Üz gözü ağlamağdan, dəyən zərbələrin təsirindən şişib, qızarmışdı. Halsız idi, hərəkət etməyə gücü çatmırdı.

Həmin gecə Züleyxa uşağlarının yanında yatdı, əslində yatmadı, səhərə qədər ağladı. Günahsız yerə suçlanmağı əzab verirdi ona, Hikmətlə danışmağa çalışsa da rədd edildi, Hikmət onun üzünə belə baxmadı.

Səhər açıldı. Sanki bütün olanlar xəyal kimi baş verirdi. Onların ayrılmağı, uşağlarının məhkəmə salonunda ağlamağı, sevib əzizlədiyi qohumların ondan üz çevirməyi... Gözlərini yumub, geri baxdığca dəliyə dönürdü Züleyxa, ürəyi yanırdı, ağlayıb, sakitləşirdi bir az.

Uşağlarının oxuduğu məktəb direktoru Züleyxagilin uzaq qohumlarından sayılırdı. Ağırbaşlı, ədəb-ərkanı yerində olan bu insanı bütün məktəb heyəti çox sevirdi. Əslində Züleyxa heç onun qohum olduğunu bilmirdi, ata-anasının bütün qohumlardan uzağ yaşaması məlum soyuğluğu yaratmışdı. Bir dəfə təsadüfən bu nurani insanla məktəbin dəhlizində rast gəlmişdi. Züleyxanı görüncə duruxmuşdu direktor, hətta bir neçə saniyə ayaq saxlayıb, qadını diqqətlə süzmüşdü. Züleyxa bu baxışlardan özünü itirsə də, dillənməmişdi. Sonda qadını yanına çağırmışdı məktəb direktoru:

Qızım, sən Fərhadın qızı deyilsənmi?...

Atasının adını eşidəndə sarsılmışdı Züleyxa, özünü itirmişdi:

Bəli, hardan bildiz?
Sən anana nə qədər bənzəyirsən, qızım, səni görəndə elə bildim anandı, Allah ikisinə də rəhmət eləsin.

Bunu deyib, kövrəlmişdi kişi, hətta yaxına gəlib, Züleyxa ilə görüşmüş, ata-anası haqqında xoş sözlər demişdi. Təxminən dörd -beş ay bundan öncəyə təsadüf edən bu hadisəni Züleyxa hətta Yusifə də danışmışdı, qardaşı da buna çox şad olmuşdu. Bu bir neçə ay ərzində Züleyxa arada-sırada onunla xüsusi hörmətlə görüşmüş, bu da bir çoxunun diqqətini çəkmişdi. Amma ən çox diqqət ayıran isə Hikmətin qardaşının həyat yoldaşı idi. Hikmətin qardaşı qızları da bu məktəbdə oxuduğları üçün, qızların anaları ilə tez-tez üz-üzə gəlməli olurdu. Düzdü bu Züleyxanın ürəyindən olmasa da, hər dəfə hal-əhval tutmağa, görüşməyə məcbur idi. Bu qadının ona olan nifrəti, kini bitmirdi sanki. Hələ son zamanlar vəziyyət lap gərgin olduğu üçün daha da gen qaçmağa çalışırdı bu qadından. Hikmətin atası vəsiyyətnamə yazmaq qərarı vermişdi, bütün sərvətinin əksəriyyət hissəsini Hikmətin oğlanlarının adına yazdırcağını uşağlar hələ körpəykən demişdi. Elə o zamandan arada soyuq bir gərginlik vardı və bu gərginlik Züleyxaya pis təsir edirdi. Yerli-yersiz atılan atmacalar, kinayəli sözlər, acığlı baxışlar Züleyxanı hövsələdən cıxarırdı. Dəfələrlə Hikmətə hər şeyi atıb, xarici ölkələrin birində yaşamaq istədiyini bildirsə də əri buna razı olmamışdı. Həm ata-anasını tək qoymaq ürəyindən deyildi, həm də doğulub-boya başa çatdığı şəhərdən ayrılmağ ona çətin gəlirdi.

Artıq hər şey gec idi, şər öz sözünü demişdi, özü də çox sərt demişdi! Ayrıldılar! Əslində Hikmət məhkəmədən öncə peşman idi, amma çıxan söz-söhbətlərin qarşısını da ala bilmirdi. Bu söz-söhbətlərin hardan gəldiyini, kim tərəfindən uydurulduğunu biləndə isə daha çox sarsıldı. Yıxıldı! Günlərlə otağına çəkilib, heç kimə qapı açmadı. Yalnız gecələr iki balasını qucağına alıb, saçlarını qoxlaya-qoxlaya yuxuya gedirdi. Onların üzünə baxa da bilmirdi. Züleyxa isə artıq yox idi, o xatırlamaq istəmədiyi günün səhərsi balaca bir çanta yığıb, evi tərk etdi, daha doğrusu qovuldu. Bu hadisədən Yusif dərin sarsıntı keçirmiş, hətta təcili yardım çağırmağa məcbur olmuşdular. Məsələ o qədər böyümüşdü ki, məktəb müdiri öz həyat yoldaşını da götürüb, Hikmətgilə gəlmişdi. Amma demək olar ki, ev sahibləri onu dinləmək belə istəməmişdilər. Hətta ağır təbiəti ilə tanınan, böyük-kiçik yanında xüsusi hörməti olan Hikmətin atası belə bu nurani kişi ilə acı danışmışdı.

Ağır, üzücü, əsəbdolu, yorğun məhkəmədən sonra ayrılma qərarları rəsmiləşdi. Züleyxa da, Hikmət də arığlamışdılar, hər ikisi üzgün və bədbin görünürdülər. Sanki bir-birinin üzünə baxmağa utanırdılar. Dərin, çılğın, ehtiraslı bir sevgi adi bir şərdən, adi qadının böhtanından darmadağın oldu. Ayrılıq hökmü oxunanda Hikmətin həyəcandan bütün bədəni əsdi, Züleyxa huşunu itirdi. Hələ uşağların göz yaşı ürək dağlayırdı. Analarına sığınıb ağladığca, Hikmət üzünü gizlətməyə yer gəzirdi. O Züleyxanı, övladlarını çox sevirdi, ayrılığlarına dözə bilməzdi. Amma insanların qınağına, ortalığda baş alıb gəzən söz-söhbətə, tənəli baxışlara dözə bilməzdi ürəyi, sanki ayrılıq vacib imiş kimi boyun əyməyə məcbur oldu. Özü öz acizliyinə ağrıyırdı, özünə də, Züleyxaya da yazığı gəlirdi.

Ayrıldığlarından cəmi iki ay sonra Hikmət uşağlarını da götürüb, xarici ölkələrdən birinə getdi, onsuz da işi-gücü çox zaman həmin ölkədə idi. Züleyxa isə düz bir il sonra özündən bir qədər yaşlı bir insanla ailə qurdu. Düzdü yenidən ailə qurmaq, hər şeyə yenidən başlamaq fikri olmasa da Hikmətin acığına həyatını yenidən qurma qərarı verdi. Həm də buna məcbur idi, çox zaman Yusif də, onun həyat yoldaşı da onu ehtiyatsızlıqda günahladırırdılar, hətta evin içində günlərlə danışmırdılar. Maddi baxımdan da Yusifdən asılı olduğu üçün çox zaman cavab da qaytara bilmirdi, susmağdan başqa əlindən heç nə gəlmirdi. Gecələr üzünü yastığa dayayıb, ağlayardı çox zaman, ürəyi boşalardı. Düzdü Hikmət arada ona pul göndərir, uşağları ilə danışdırırdı, amma özü danışmırdı. Bəlkə də Hikmət bu bir ildə onunla danışsaydı, Züleyxa bütün qürurunu ayağa atıb, yalvarar, onu burdan aparmasını istəyərdi. Amma Hikmət danışmadı! Düzdü Hikmət Züleyxanın ailə qurmasını eşidəndə çox alınsa da, Züleyxaya haqq da verdi. Hardasa ürəyinin dərinliyində haqqsız olduğunu, böyük bir günah etdiyini bilirdi. Amma daha geri dönməyə nə gücü vardı, nə də cəsarəti!

Düz üç ildən sonra uşağlarını da götürüb, geri qayıtdı Hikmət. Əslində heç nə dəyişməmişdi, hər qoyub getdiyi kimi idi. Elə ürəyində Züleyxa olan sevgisi də olsuğu kimi qalmışdı, əksinə ayrılıq daha da gücləndirmişdi bu sevgini. Züleyxanın qız övladının olmasını eşidəndə yıxıldı sanki, Züleyxa ondan daha da uzağlaşdı!...

Züleyxanın işlədiyini bilirdi, dəfələrlə işlədiyi yerə getmiş, evlərinə qədər təqib etmişdi. Amma bir dəfə ehtiyatsızlıq edib, özünü Züleyxaya göstərmişdi. Onu görüb, ağladı Züleyxa, yaxına gəlib, onun daha qarşısına çıxmaması üçün yalvardı Hikmətə. Hikmət söz versə də, tuta bilmədi sözünü, bacarmırdı ürəyi ilə!...

Ona elə gəlirdi ki, ömrü elə Züleyxanı təqib etməylə keçəcək... Züleyxa da hər dəfə geri dönüb, onu təqib edən insana həsrətlə baxa-baxa həyatını başa vuracağdı. Bəlkə də belə olmayacağdı. Bəkə də yaralar sağalacağdı, bəlkə də unudulacağdı... Amma bunlar hamısı bəlkə idi... Bəlkələr isə çox zaman gerçək olmur!!!


Tarix: 19.11.2013 / 04:18 Müəllif: Akhundoff Baxılıb: 1220 Bölmə: Maraqli Hekayeler