beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sendeymish..

Sən yoxsan elə bil ki , damarımda
qanım yox,
Ayrılığın hər anı , qəlbimə sancılan ox
Yanımda dost-tanışım, təsəlli verənim
çox
Lakin qəlbim isinmir, hərarət də
səndəymiş.

Həmişə deyirdim ki, həyat qəddar
həyatdı
Sevincimi aparıb , qəmini baha satdı.
Sən gedəndən üzümə gülüş,
təbbəssüm yaddı
Mənə həyat sevdirən , məharət də
səndəymiş.

Etdiyim hər duanı, tanrıya yetirirəm
Atdığım hər addımda, nəyisə itirirəm
İçimdə öz-özümü mən yeyib bitirirəm
Məni ürəkli edən , cəsarət de
səndəymiş.


Tarix: 19.11.2013 / 04:18 Müəllif: Akhundoff Baxılıb: 156 Bölmə: Maraqli Hekayeler