beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allahım! Niyə mənə cavab vermirsən?

Az sonra hava tutuldu, göy gurultusu və şimşəklə birlikdə güclü yağış başladı. Lakin avam dinləmədi, yalvarmağa davam etdi: "Allahım! Səni görməyimə icazə ver!" O belə yalvararkən yağış sona çatmış və günəş bütün ehtişamıyla şəfəqlərini evlərə daşımağa başlamışdı. Lakin avam bu mənzərəyə fikir belə vermədi. Hər gün gördüyü bir şey deyilmiydi bu? Yalvarmağa davam etdi avam: "Mənə bir möcüzə göstər Allahım!" O belə yalvararkən yaxındakı evlərdən birindən yeni doğulmuş uşağın ağlayışları gəlirdi qulağa. Amma avam buna da fikir vermədi. Kədərdən ağladı avam: "Allahım! Cavab ver mənə! Burada olduğunu mənə bildir." O vaxt bir kəpənək avamın qoluna qondu. Amma avam o biri əliylə kəpənəyi qovdu və ağlamağa davam etdi: "Allahım! Niyə mənə cavab vermirsən?"- deyə gileyləndi.


Tarix: 21.11.2012 / 14:01 Müəllif: [Ram] Baxılıb: 928 Bölmə: Maraqlı melumatlar