beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məkkəyə getmədən qabaq Məşhədə getmək lazımdırmı?

Möhür haqqında mənə məlumat verə bilərsinizmi? Məşhəd nədir? Məkkəyə getmədən qabaq Məşhədə getmək lazımdırmı?

Möhür şiə əqidəsində namaz qılarkən səcdə yerinə qoyulur. Möhür torpaqdan hazırlanır. Bu torpaq İraqın Kərbala şəhərindən gətirilir. Şiə Cəfəri fiqhinə görə, səcdə yeyiləcək və paltarlar olmamaq şərti ilə təmiz torpağın, ya da torpaqda bitən təbii bir maddənin üstünə edilməlidir. Bu məzhəbə görə, səcdə torpaq, daş, qum və çəmən üzərində edilə bilər. Habelə, bu məzhəbə görə, kağızın üzərində də səcdə etmək olar, çünki kağız da torpaqdan bitən maddələrdən hazırlanmışdır.

Əhli-Sünnə alimlərinə görə isə möhürə səcdə etmək vacib deyildir. Təmiz olan yerdə namaz qılmaq olar.

Məşhəd 12 imamdan biri olan İmam Rzanın qəbrinin yerləşdiyi şəhərdir. İranın ikinci ən böyük şəhəri hesab edilir və rəvayətə görə İmam Rza bu şəhərdə zəhərlənib.

“Məkkəyə getmədən qabaq Məşhədə getmək lazımdırmı?” sualına gəlincə, bildiririk ki, Məkkəyə getməmişdən qabaq mütləq Məşhədə getmək lazım deyil. Çünkü İslamın 5 şərtindən birincisi Allahin tək olduğunu, ondan başqa ilah olmadığını və Məhəmməd onun qulu və rəsulu olduğunu qəbul etmək və inanmaqdır, ikincisi, namaz qılmaq, üçüncüçü oruc tutmaq, dördüncüsü zəkat vermək, beşincisi isə həccə getməkdir. Zəkat vermək və həccə getmək üçün tək şərt buna maddi imkanın çatmasıdır. Yəni, maddi imkanı olan şəxslərə zəkat vermək və həccə getmək vacibdir. Məşhəd isə, məlum olduğu kimi, imamlardan birinin məzarını ziyarət etmək məqsədi ilə gedilən bir şəhərdir. Bu İslamın şərtlərindən deyil. Həcc isə islamın şərtidir. Peyğəmbərimiz də (s) ziyarət ediləcək 3 yerin olduğunu söyləmişdir və ziyarət üçün bu üç yerə getməyi məsləhət görmüşdur.

Rəsulullah (s) belə buyurmuşdur: “Ziyarət üçün sadəcə 3 məscidə səyahət edilə bilər: əl-Haram məscidi, mənim məscidim (Peyğəmbər məscidi) və əl-Əqsa məscidi” (Buxari. Came əs-Səhih. “Fəzail” babı, Hədis № 604). Digər yerlərə isə ziyarət etmək fərz deyildir.

Hər şeyin ən doğrusunu Allah bilir. O rəhimli və bağışlayandır. Tövbələri qəbul edəndir. Allah hamımızı bağışlasın! Günah iş görənlərin tövbəsini qəbul etsin! Yalnız Allah tövbələri qəbul edəndir. Allah yar və yardımcımız olsun!


Tarix: 21.11.2012 / 13:57 Müəllif: [Ram] Baxılıb: 881 Bölmə: Maraqlı melumatlar