beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Facebook istifadəçiləri diqqətli olun!!!

Bütün dünyada olduğu kimi ölkəmizdə də geniş yayılmış Facebook sosial şəbəkəsində yeni bir təhlükə olduğu ortaya çıxdı. Əgər bu günlərdə e-poçtunuzda Facebook-dan gələn bir mesaj olduğunu bildirən və sizi həmin səhifəyə yönləndirən məktub varsa, diqqətli olun. Şəbəkə üzvlərini Facebook-un giriş pəncərəsinə bənzər Fbaction.net ünvanına yönləndirən məktub, artıq bir çox insanı aldadıb. Bu sayta giriş Facebook-un məsələni araşdırmasından sonra bağlanıb. Facebook idarəçiləri hazırda şifrələri oğurlanmış istifadəçilərin şəxsi məlumatlarını silməyə çalışırlar. Ayrıca, bu saytı yaradaraq insanların şəxsi məlumatlarını əldə etməyə çalışan insanların məhkəməyə veriləcəyi bildirilib. İstənilən halda bu aralar bu cür e-poçtlardan diqqətli olun və Facebook-a birbaşa brauzerdən daxil olmağa çalışın.


Tarix: 21.11.2012 / 12:48 Müəllif: [Ram] Baxılıb: 358 Bölmə: Maraqlı melumatlar