Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namaz qilmayan insanlar dinden cixmiw sayilirlar.

Namaz qılmayan insanlar dindən çıxmış sayılırlar?

Namaz qılmayan insanın inancına baxılar, qılmayış səbəbinə nəzər edilər. Namaz qılmağın fərz olduğuna inanmır, yoxsa tənbəllik və laqeydlik edir? Əgər (Allah qorusun) namazın fərz olduğuna inanmadığı üçün namaz qılmırsa imanı gedər, küfrə düşmüş olar. Nə özünə qız verilər, nə də kəsdiyi yeyilər?
Ancaq, namazını imansızlıqdan deyil, laqeydlik və tənbəllikdən qılmırsa o adam iman sahibi amma günahkar Müsəlmandır. Günahkar Müsəlmana isə qız da verilə bilər, kəsdiyi də yeyilər.

İman və əməl bütünlüyü İslamın şüarıdır.
Aləmlərin Rəbbi Uca Allah, Qurani Kərimdə insanları davamlı, düşünüb ağıllanmağa, inanc, iddia və əməllərində məlumata dayanmağa, haqqında bir dəlil olmayan inanc və iddiaların arxasından getməməyə çağırar. İnsanlara, haqqında məlumatları olmayan şeylərin ardından getməmələri lazım olduğunu, əks təqdirdə bundan məsul tutulacaqlarını bildirər.
(Baxın. Səcdə 32)

Namaz, Müsəlman olmanın imtina edilməz şərti, dinin dirəyidir.

Qurani Kərimin müxtəlif ayələrində möminlərin tərifləri edilməkdə və sahib olmaları lazım olan xüsusiyyətlər bildirilməkdədir. Bu xüsusiyyətlərin başında, əhdə vəfa, şahidliyi doğru etmək, ədalətli olmaq, ölçü və tərəzidə doğru olmaq kimi xüsusların yanında namazın tam əda edilməsi də keçməkdədir.
"Sizin vəliniz ancaq Allah, Onun Peyğəmbəri, namaz qılan, boyun əyərək zəkat verən möminlərdir" (Maidə 55) ayəsi, Quranda İslami şəxsiyyət ilə namazın necə ayrılması qeyri-mümkün bir şəkildə inteqrasiya olundurulmuş olduğunun çox açıq ifadələrindən biridir.

Yenə uca Rəbbimiz Tövbə Surəsində mömin kişi və qadınları bu şəkildə bildirir:

"Mömin kişilər və mömin qadınlar bir-birlərinin vəliləridir. Yaxşılığı əmr edərlər; pisliyə mane olarlar. Namaz qılarlar, zəkat verərlər. Allaha və Rəsuluna itaət edərlər. Bunlara Allah rəhmət edəcək. Allah şübhəsiz güclüdür, hakimdir. Allah mömin kişilərə və mömin qadınlara, əsaslı qalacaqları, içlərindən çaylar axan cənnətlər, Adn cənnətlərində xoş məskənlər vəd etmişdir. Allahın məmnuniyyəti isə ən böyük şeydir. Böyük qurtuluş budur."
(Tövbə, 71-72)

Bəqərə Surəsinin başında da Rəbbimiz belə buyurmaqdadır:

"Əlif, lam, Mim. Heç şübhəsiz bu kitab, özlərini günahlardan qorumağa çalışan, görmədiyi halda inanan, namazı qılan və özlərinə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyənlər üçün yol göstəricidir. Onlar, sənə endirilənə, səndən əvvəl endirilənlərə və axirətə də qəti olaraq inanarlar. Rəblərinin yolunda olanlar və qurtuluşa çatacaq olanlar onlardır."
(Bəqərə, 1-5)

Muddəssir və Məryəm Surələrində Rəbbimiz, namaz öhdəçiliyini yerinə yetirməyən kəslərin aqibətini belə xəbər verməkdədir:
"Günahkarlara: "Sizi bu yandırıcı alova sürüyən nədir?" deyə soruşulduğunda,
Onlar deyərlər ki: ‘Biz namaz qılanlardan deyildik.'
‘Kasıb kimsəni doyurmurduq.'
‘Batilə düşənlərlə biz də düşərdik.'
‘Cəza gününü yalanlardıq.'
‘Ölüm bizə o haldaykən gəldi.'
(Muddəssir 40-47)

" Onlar, Adəmin və Nuh ilə birlikdə daşıdıqlarımızın soyundan gələn, Allahın özlərinə nemət verdiyi peyğəmbərlərdən və İbrahimin, İsrailin və doğru yolu göstərib, seçdiyimiz kəslərin soyundandır. Onlara Rəhmanın ayələri oxunduğu zaman ağlayaraq səcdəyə bağlanardılar.
Sonra onların ardından namazı buraxan və arzularına uyğun gələn bir nəsil gəldi. Bunlar da hüsrana uğrayacaqlar.

Ancaq tövbə edib, iman edərək doğruları edənlər, bunlar cənnətə girəcəklər və heç bir şəkildə haqsızlığa düşməyəcəklər."
(Məryəm, 58-60)

Görüldüyü kimi, Qurani Kərimdə namaz İslami şəxsiyyətin bir şərti olaraq əmr edilməkdə, bu öhdəçiliyi yerinə yetirməyənlərin aqibətinin isə Cəhənnəm alovuna süründürülmək olacağı xəbər verilməkdədir. Hz. Peyğəmbər də, namazı "dinin dirəyi" olaraq xarakterizə etmişdir. Dirəksiz, sırf damdan bir bina düşünülə bilsə, namazsız bir İslam və Müsəlman da düşünülə bilər!

Nəticə olaraq; Müsəlmanlıq bir iddiadan ibarət deyil. Uca Allaha bağlanmış olmanın və onun əmr və qadağanlarına riayət etmənin adıdır. Müsəlman Rəbbiylə etdiyi əhdə vəfa göstərən, Rəbbani sərhədləri pozmaqdan titizliklə çəkinən adamdır. Yuxarıda xatırlatdığımız ayələrdə görüldüyü kimi, uca Rəbbimiz cənnətinə qəbul edəcəyi kəslərin xüsusiyyətlərini bildirmişdir. Bir kimsə dünya və axirət səadətini əldə etmək istəyirsə bu xüsusiyyətlərə sahib olmalı, bu istiqamətdə gücü nisbətində səy göstərməlidir. Necə ki bir kimsənin hər hansı bir işə girə bilməsi o iş üçün istənilən xüsusiyyətlərə sahib olmasını tələb edirsə, bir insanın Cənnət mükafatını əldə edə bilməsinin də şərtləri vardır. Bir iş elanında ifadə edilən xüsusiyyətlərə sahib olmayan bir insanın o işə müraciət etməsi nə qədər mənasız isə, uca Allahın kitabında bildirdiyi şərtləri yerinə yetirmədən Cənnət xəyali qurmaq da ən az o qədər mənasızdır.

Mövzunu, Rəbbimizin bu bəyanlarıyla nöqtələyək:
"Ticarətin, alverin, özlərini Allahın zikrindən, namaz qılmaqdan, zəkat verməkdən saxlaya bilmədiyi adamlar... Onlar, könüllərin və gözlərin tərs dönəcəyi bir gündən qorxarlar."
(Nur, 37)

"İman edib yaxşı işlər edən və namaz qılıb, zəkat verənlərin, Rəbblərinin yanında, şübhəsiz özlərinə aid mükafatları vardır. Onlara bir qorxu yoxdur və heç kədərlənməyəcəklər."
(Bəqərə, 277)

Rəbbimiz (c. c) bizləri Özünün razılığı üçün yaşayan qullarından etsin, hər an oyanıq olmamızı, şeytanın nə sağdan nə soldan gəlməsinə icazə verməməmizi nəsib etsin. Qürurdan mühafizə etsin, əmrində ifadə etdiyi üzrə saleh əməllər işləməyimizi, O (c.c)nun üçün bir həyat yaşayıb O (c.c)nun üçün ölməyi cümləmizə nəsib etsin inşaAllah...


Tarix: 03.12.2014 / 15:53 Müəllif: Aziza Baxılıb: 119 Bölmə: Maraqlı melumatlar
loading...