beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

YouTube televiziyanı məhv edəcək?
YouTube televiziyanı məhv edəcək?

“YouTube” videohostinq nümayəndələri Nyu-Yorkda keçirilmiş “NewFront” marketinq konfransında öz biznesinin əsas xüsusiyyətlərini açıqlayıblar: videoxidmətin ulduzları nüfuzludur, tamaşaçılar gəncdirlər və mobil qurğulardakı məzmundan istifadəyə üstünlük verirlər. Bundan başqa, onlar televiziyanı əvvəlki nəsil kimi izləməyəcək.

Beyaz.Az ICTnews-a istinadən bildirir ki, “YouTube”un məzmun və biznes əməliyyatları üzrə direktoru Robert Kinkl deyib ki, beş il sonra reklam dəstəkli videolar mobil qurğularda izləniləcək. Bu dəyişiklik yeni oyunçular komandası ilə əməkdaşlıq tələb edir".

Təbii ki “YouTube” da bu komandaya daxil ediləcək. “Nielsen” şirkətinin tədqiqat materiallarına əsasən, “YouTube”un mobil auditoriyası 18-49 yaş kateqoriyasına məxsus istifadəçilərdir.

"İndi əvvəlki illərlə müqayisədə bizim təsirimiz daha böyükdür" – Robert Kinkl bildirib.


Tarix: 04.05.2015 / 10:41 Müəllif: Aziza Baxılıb: 236 Bölmə: Maraqlı Melumatlar