beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

2013-cü ilin ən çox gəlirli məşhurları

«Forbes» in budəfəki yeni reytinq cədvəlində bu il ən çox gəliri olan məşhurlar yer alıb.

Madonna1. Madonna. 54 yaş. Gəliri 154 milyon dollar.
Madonna 2 illik fasilədən sonra yenidən “Forbes”in onluğunda ən çox gəliri olan məşhurlar sırasında yer alıb. Müğənninin sözlərinə görə, onun gəlirinin bu qədər artması geyim və parfümeriya mağazalarında olan yüksək satışın nəticəsidir.

2. Stiven Spilberq. Rejissor. 67 yaş. Gəliri 100 milyon dollar
Bir çox məşhur Hollivud filmlərinin rejissoru Stiven Spilberq ötən ilə nisbətdə gəlirini stabil saxlayan məşhurlardandır. Spilberqin sərvəti “Forbes”in reytinq cədvəlində 3,2 milyard dollardır.

3. Ledi Qaqa-27 yaş. İllik gəlir 80 milyon dollar
Dünyaca məşhur müğənni Ledi Qaqa ötən ilə nisbətdə gəliri azalan məşhurlardandır. Müğənninin səhhətində yaranan problemlə əlaqədar olaraq, verəcəyi konsertləri təxirə salması onun gəlirini ötən ilə nisbətdə 50 milyon dollara qədər azaldıb.

4. Tayqer Vuds 37 yaş. Gəliri 78 milyon dollar.
Dünyada ən çox gəlir qazanan idmançılardandır. Professional qolfla məşğul olan Vudsun sözlərinə görə, bu il həyat yoldaşından ayrılması həm də idmandan bir müddət uzaqlaşması və gəlirinin azalması ilə nəticələnib.

5. Opri Uinfi. Aparıcı, prodüser.
Oprinin il ərzində gəliri 77 milyon dollardır. Ötən illə müqayisədə gəliri 10 milyon dollara qədər azalan aparıcı xanım buna baxmayaraq, yenə də “Forbes”də ən gəlirli məşhurlar sırasında yer alıb.

Opri Uinfi

6. Cold Play qrupu. Dünyaca məşhur rok qrupu ColdPlay-in gəliri ötən ilə nisbətdə 4 milyon dollar artıb.

7. Teylor Svift. Musiqiçi, bəstəkar. 23 yaş.
Gəliri 54 milyon dollar. «We Are Never Ever Getting Back Together» bəstəsi ilə qazandığı gəlir, onu ilk dəfə Forbes reytinqində ilk onluğa salıb.

Rihanna8. Beyons. 31 yaş. Gəliri 53 milyon dollar.

Ötən ilə nisbətdə gəliri 7 milyon dollar azalan müğənni gəlirinin niyə belə azalmasının səbəbini bilmədiyi deyib.

9. Cenifer Lopez. 43 yaş. Gəliri 45 milyon dollar.

Gəliri ötən ilə nisbətdə 5 milyon dollar azalan müğənni bunun səbəbini tənbəlliklə əlaqələndirib.

10. Rihanna. 23 yaş. Gəliri 43 milyon dollar.

Rihanna ötən illərə nisbətdə gəlirini stabil saxlayan məşhurlardandır. Onun sözlərinə görə qazandığı bu pul onun tələbatını ödəyir və artırmaq istiqamətində heç bir addım atmaq istəmir.


Tarix: 26.11.2014 / 13:17 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Maraqlı Melumatlar