beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İngilis atom mühəndisi SSRİ-ə qaçıbmış

Britaniyanın əks-kəşfiyyat xidməti Mİ5 yeddi həftədir ki xəbər-ətər olmayan britaniyalı nüvə fiziki Bruno Pontekorvonun axtarışına başlayır.

Professor Pontekorvo və ailəsi senytabr ayında Finlandiyaya gəlmiş və bundan sonra yoxa çıxmışdılar. Bəzi ehtimallara görə, ailə Sovet İttifaqına qaçıb. Bu yaxınlarda professor Harvel Atom Tədqiqatları İnstitutundakı baş elmi işçi vəzifəsini tərk edib və yanvar ayından Liverpul Universitetində işə başlamalı idi. Hökumət israr edir ki, professor yalnız qısa bir müddətdə "məxfi məlumatlara" çıxış əldə edib. Lakin eyni zamanda rəsmilər onun "düşmən" üçün yararlı informasiyaya malik olduğunu da istisna etmirlər.

Bruno PontekorvoProfessor Pontekorvo İtaliyada doğulub, 1947-ci ildən Harveldə çalışırdı. Professorun itməsi barədə məlumat Amerikaya da ötürülüb. Bacısı deyir ki, qardaşı heç vaxt ona Rusiyaya getmək istədiyini deməyib. Lakin Helsinkiyə uçan təyyarədəki bir sərnişin Pontekorvonun oğlunun ona ailəsinin SSRİ-yə gedəcəyini açıqlayıb.

Daha sonra

1955-ci ilin martında Pontekorvo Sovet İttifaqında keçirilən mətbuat konfransında peyda olanda, onun SSRİ-yə qaçdığı rəsmən təsdiq edidli. O Pravda və İzvestiya qəzetlərində Sovet İttifaqında sığınacaq aldığını və Sovet Elmlər Akademiyasının Fizika Problemləri İnstitutunda çalışdığını yazdı. O atom enerjisindən dinc məqsədlər üçün istifadə olunması barədə tədqiqatlarda iştirak etdiyini israr edərək, Qərbin nüvə müharibəsinə hazırlaşması səbəbindən orada bu işlə məşğul ola bilmədiyini iddia etdi. Sonradan Britaniya əks-kəşfiyyatı professorun kommunizm fəlsəfəsi ilə yaxından maraqlandığını açıqladı.

1963-cü ildə ona Lenin mükafatı verildi. Professor Bruno Pontekorvo 1993-cü ildə vəfat etdi.


Tarix: 26.11.2014 / 11:05 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Maraqlı Melumatlar