beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MUSA PEYĞƏMBƏR

-Röyada Musa əleyhissəlamı görən adam şan-şöhrətə, yüksək rütbəyə çatacaq. Ona heç bir qorxu və sıxıntı üz verməyəcək. Çünki o adam haqqa riayətlə hər baxımdan qüvvətli və haqsevər bir insandır. Bir kimsə röyada Musa peyğəmbərin surətinə döndüyünü və ya paltarını geydiyini görərsə-o, məqsədinə nail olacaq və düşmənlərinə üstün gələcəkdir. Röya sahibi dustaqxanadadırsa,ordan qurtulub muradına çatacaqdır. Musa peyğəmbəri röyada görmək-həmin il nə qədər zalım və qəddar adam varsa, hamısının öləcəyinə işarədir. Musa peyğəmbərin məşhur əsasını əlində görmək-böyük məqama, yüksəlişə, düşmənə qalib gəlməyə, uzun səfərə qarşı tərəfin sehri-tilsimi varsa-çözüləcəyinə, kafirlərin məhvinə, sıxıntıdan, kədərdən qurtarmağa yozulur.


Tarix: 04.03.2014 / 00:15 Müəllif: Ebulfez Baxılıb: 59 Bölmə: M hərfi