beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Öldürməsən, öldürərlər
Öldürməsən, öldürərlər

Dünyanın üzünə baxdı Xocalı,
Yaralı-yaralı aman istədi.
Silah qurşamağa, tank oynatmağa,
Ərlər fürsət gəzdi, zaman istədi.

Fürsəti əlindən alındı, getdi.
Görmədilər yanıb, yaxıldığını.
Ancaq peyklə çəkir güclü dövlətlər
Kiminsə eyvandan yıxıldığını.

Dirigözlü yandı, əks oldu Göydə,
Haray-qışqırığı havada qaldı.
Gözünü dünyaya açmayan körpə
Süngünün ucunda, yavada qaldı.

Ayaqyalın qaçdı uşaqlar çölə,
İliyinə vurdu buzun soyuğu.
Buzun soyuğundan daha soyuqmuş.
Dünən dost bildiyin üzün soyuğu.

Tanıdaq deməyin, bu soyqırımı,
Dünya gözəl bilir nə çəkdiyimi.
Yeyib, şirnikənin tutulub gözü.
Ovuca əyilməz, ətəkdə yemi.
Dənizdən-dənizə, budur deyimi.

Yatırlar üstündə yatdı millətim,
Torpağın altı da, üstü də qənim.
Məni Yer üzünə qısqananlarım
Ürək deyil, çörək “dostumdur” mənim.

Soyqırım yaratdı, donu yalandan,
Şeytan arxalılar, şər arxalılar.
Mat qaldı dünyanın şəri önündə
İgid arxalılar, ər arxalılar.

Daha bu dünyaya arxalanmaram,
Xocalı yarası hələ sinəmdə.
Ər döyüşü getsə, meydan sulansa,
Sabah qələbəm var öndə, önəmdə.

Fürsəti əlindən alındı, getdi,
Görmədilər yanıb, yaxıldığını.
Ancaq peyklə çəkir güclü dövlətlər
Kiminsə eyvandan yıxıldığını.

Üz-üzə qoyuldu dinbir qardaşlar,
Qırılıb, aradan götürüldülər.
Tarixi çevrildi uduzanların,
Məhşər ayağına gətirildilər.

Mənim Məhşərimdə haqq əli yoxdu,
Şeytanın əlində əsir-yesirəm.
Necə millətəmsə Haqqın yolunda,
Eləcə möcüzə, eləcə sirrəm.

Əgər dəlilin var, buyur meydana,
Xocalı dərdinin tayını göstər!
Az deyil, yüz deyil, itibdi sayı,
Qırılıb, çatılan soyunu göstər!

Göstər bu dünyaya bildiklərini,
Gözünün içinə səni dansınlar.
Soyun qırılacaq ümid içində,
Çətin səni duyub, səni qansınlar.

Bir addım çəkildin, bir addım gələr,
Ya haqsız, ya da ki, haqq yerişidi.
Qələbə dediyin, yatanlar bilsin,
Bir savaş, bir qada, bir qan işidi.

Güzəştə duranlar uduzmalıdı,
Güzəşt yox bu qada, qan oyununda.
Əgər öldürməsən, öldürülərsən,
Enərsən bu şöhrət, şan oyununda.


Tarix: 04.06.2015 / 16:42 Müəllif: Aziza Baxılıb: 79 Bölmə: Məlahət Yusifqızı