beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pozuldu alnımın yazıları
Pozuldu alnımın yazıları

Yad-yad sözlər üzdü alnımı,
Yad ayaqlar gəzdi alnımı,
yad izlər düşdü alnıma –
Pozuldu alnımın yazıları.

Eninə, uzununa,
tərsinə, düzünə,
min bir minnətlə,
dərdlə, möhnətlə yazılan alnım
bir çəkimdə yalandı.
Deyirlər «yazıya pozu yoxdu»,-
yalandı!...
Sürüşdü qaytanından bölük-bölük,
qırıq-qırıq.
Çırpıldı daşlara, düzlərə…
İlişdi çopur bənizlərə,
çəp-çəp gözlərə-
Pozuldu alnımın yazıları.

Dolandı ilan-ilan
iynələrin üzünə.
Jorab toxutdurdu yetən özünə
kələf-kələf,
yumaq-yumaq
alın yazılarımdan…
Pozuldu alnımın yazıları,
yaman pozuldu…


Tarix: 04.06.2015 / 16:41 Müəllif: Aziza Baxılıb: 13 Bölmə: Məlahət Yusifqızı