beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarabağ qandan sonrası
Qarabağ qandan sonrası

Heç qəza, qədər bilmədik,
Nə çəkdik hədər bilmədik.
Ölümə qədər bilmədik,
Nə bildik ondan sonrası.

Bu canla indi soy daşı,
Bir soyuq, bir də soy daşı.
Görmədik yarı, soydaşı,
Görsək də bundan sonrası.

Nə verdi bu sabah adı?!
Qadalar bundan dahadı.
Qanımız candan bahadı,
Qarabağ qandan sonrası.

Qaraya dözdük birtəhər,
Ağ günlər vermir bar-bəhər.
Geyindik, donu qan, qəhər,
Kəfəndi dondan sonrası.

Haqqa çək, ey tövbə bizi!
Qıçdan edib gövdə bizi.
Gözləyirik növbəmizi;
Bizimdi sondan sonrası.


Tarix: 04.06.2015 / 16:41 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Məlahət Yusifqızı