beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göyərin, qardaş!
Göyərin, qardaş!

Əkdim, qırağa düşdünüz,
Su yox, qurağa düşdünüz,
Qara torpaqa düşdünüz,
Göyərin, qardaş, göyərin!

Göz yaşı acı…göynəyir,
Qardaşa bacı göynəyir.
Burnumun ucu göynəyir,
Göyərin, qardaş, göyərin!

Haqsız işlərin yarası,
Dəmir dişlərin yarası,
Göynər şişlərin yarası,
Göyərin, qardaş göyərin!

Varlığımdan ruhumacan,
Dinclik nədi, taparmı can?!
Heç olmazsa, Novruzacan,
Göyərin, qardaş, göyərin!

Ölümü belə qoymaram,
Didərəm, çölə qoymaram,
Hamınız ölə…qoymaram,
Göyərin, qardaş, göyərin!


Tarix: 04.06.2015 / 16:41 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Məlahət Yusifqızı