beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilərə aid psixoloji sindromlar

Boss sindromu – deyə bilərik ki, anadangəlmə xarakter daşıyır və valideynlər qeyri-ixtiyarı uşaqlarda bu “ağa” hissini inkişaf etdirir, “yumuşaqlıq” xüsusiyyətlərinə qarşı isə ikrah hissini yaradırlar. Bu xarakterli kişilərin 70%-i qadın rəhbərinin əmri altında işlədikdə, 65%-i isə həyat yoldaşları onlardan daha çox pul qazandıqda əziyyət çəkirlər. 58%-i isə uğurlu kariyera əldə etmiş qadın həmkarlarına qarşı dəhşətli qısqanclıq və paxıllıq hissi keçirirlər. Bu sindromdan azad olmaq demək olar ki, mümkün deyil.

Napalion sindromu – balaca boyluluq kişilər üçün ən böyük faciədir. Bu kompleksi kişilər yüksək həyati iddialılıq, şöhrətpərəstlik hissi ilə gizlətməklə və ya kompensasiya etməklə aradan qaldırılmağa çalışırlar. Ən bariz nümunə Napalion Bonopart, müasirlərdən isə müğənni Prins, futbolçu Dieqo Maradona, aktyor Dastin Hofman və s.

İtirilmiş vaxt sindromu – uğur qazanmaq və varlanmaq 50 yaşdan sonra da mümkündür – məsələn məşhur rəssam Pablo Pikasso. Lakin insan elə tələskən təbiətə malik varlıqdır ki, hər bir arzusunun həmin an və dəqiqliklə alınmasını istəyir. Zamanla bunlara ala bilmədikdə həvəsdən düşür, depressiya yaşayırlar. Bu zaman onlar nəzərə almalıdırlar ki, kəmiyyəti keyfiyyət əvəz edir.

Gücsüzlük sindromu – kişi hər zaman güclü olmalıdır, o hər çeyə qadir olmalıdır kimi fikirləri deməklə əziz analar, onlarda sadəcə qeyri-adekvat yüksək qiymətləndirmədən başqa heç bir hiss yaratmırıq. Nəticədə, yaş artdıqca fiziki və psixoloji dayanaqlıq azalır. Bu zamanadək deyilən nağıllar isə artıq özünü doğruldmurdu –kişi də yorula, ağlaya və hətta mənən sına bilər.
Gucsuzluk sindromu

Lott sindromu – əfsanəvi-dini şəxslərdən biridir. Qədim Sodom və Hamorra şəhərlərinin məhvindən sonra iki qızları ilə mağaraya sığınan Lott sonrakı nəslin yaradıcısı hesab olunur. Bu tip kişilər öz qızlarını daim başqa kişilərdən, gələcək ərlərindən qısqanarlar.

Herkules sindromu – yarımallah Herkules tipli kişilər məcburən müəyyən səbəblərdən bəzi “qadın işləri” etməyi təhqir kimi qəbul
edirlər. Məsələn yemək bişirmək, qabları yumaq, uşağı gəzdirmək vəs.

Kotovski sindromu – bəzi kişər niyə saçlarını keçəl formasında qırxdırır. Onlara elə gəlir ki, bu yolla saçlarının tökülməsini gizlədəcəklər.
Saçlarının tökülməsi ilə razılaşa bilməmələri onları müxtəlif növ vasitələrə əl atmağı məcbur edir. Saçın tökülməsini öz kişilik güclərinin- cazibələrinin itirilməsi ilə bərabər tuturlar.Halbuku bu tamamilə absurd bir fikirdir.

Don Juan sindromu – ən geniş yayılmış sindromlardan biridir. Kişilər üçün ən vacib məsələ hər yaşda gənc xanimların xoşuna gəlməkdir. Bu hissi təsdiqləmək üçün onlar hər zaman öz şanslarını sınamağa hazır olurlar. Həm də tərk etmək onlara məxsus davranış olmalıdır, heç bir qadın onları tərk edə bilməz, eləcə də ayrıldıqları xanım başqa kişi ilə ola bilməz mülkiyyətçilik iddiası ilə yanaşırlar.
Don Juan sindromu

İsgəndər sindromu – Ən eqzotik sindromlardan biridir, özlərini kişi nəslin davamçıları adlandıranların utandıqları haldır bu. Yəni bəzi kişilərin hemoseksual meyllərinin açılmasından qorxmaqdır. Ekspertlər göstərir ki, 30% kişilərin bu sahədə təcrübələri, 20%-in isə meylləri olur.

Əziz kişi əhli, yazdıqlarımı özünüzə qarşı mənfi fikir kimi qəbul etməyin, yazılanlar psixoloqların uzunmüddətli tədqiqatlarının nəticəsidir.


Tarix: 28.11.2014 / 13:48 Müəllif: Aziza Baxılıb: 65 Bölmə: Kişiler haqqında