beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilər qadınların xətrinə dəyərsə və vaxtında üzr istəməzsə…

Psixoloqlar sübut edib ki, qadınların xətrinə dəymək onların sağlamlığına çox ciddi təsir göstərə bilər.
Həmçinin mütəxəssislər qadınların dilxorluğunu aradan qaldırılması üçün üsul da aşkar ediblər.
Sevgililəri müşahidə zamanı məlum olub ki, qadınların küsülü olması onların sağlamlığına çox ciddi ziyan vura bilər. Belə ki, sevdiyi şəxslə savaşandan sonra qadınların təzyiqi qalxmağa başlayır. Bu da qadınların sağlamlığını təhlükə altına salıb, ürək xəstəliklərinin inkişafına gətirib çıxara bilər.
Lakin kişi vaxtında üzr istəsə, təzyiq tez bir zamanda normallaşır. Kişilər nə qədər tez üzr istəsə, bir o qədər də qadınların ürək-damar sistemində yaranan pozuntular da az olar.
Buna baxmayaraq, savaşdan və üzr istəməkdən sonra kişilərin qəzəb və dilxorluğu dəyişmir. Çox vaxt üzr istəyəndən sonra kişilərin qəzəbi daha da artır.
Buna görə ABŞ-dan olan mütəxəssislər izah edirlər ki, kişilərin savaşdan sonra birinci üzr istəmələri daha yaxşı olardı.


Tarix: 24.05.2013 / 19:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 491 Bölmə: Kişiler haqqında