beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişlərə nəyi öyrətmək lazımdır?

Məsləhət 1. Özünüzə qiymət verin.


Partnyorun özünə qiymətini qaldırmaq üçün qadınlar daha çox çalışırlar. Bu zaman özümüz yaddan çıxırıq. Bizim kişilər isə əksər vaxtı bizə “sən hamıdan üstünsən” sözünü deməyə belə əziyyət çəkirlər. Bəzən illərlə kompliment gözləməli oluruq.
Təsəvvür edin ki, yalnız yaxşı tərəflərinizi təsvir etməlisiniz. Vərdiş və xüsusiyyətlərinizdən başlayın. Yavaş-yavaş xarici görünüşünüzə keçin. Budur artıq özünüzü “kraliça” kimi hiss edirsiniz. Siz başqalarından heç də pis deyilsiniz, əksinə kifayət qədər yaraşıqlı və üstünsünüz. Partnyorunuzun da bəxti sadəcə gətirib.


Məsləhət 2. Unutmayın ki, siz qadınsınız.


Feminizm - əladır. Lakin bəzən zərif və ağıllı cinsə mənsub olduğumuzu unuduruq. Bəzi qadınlarda bütün işləri üzərinə götürmə vərdişi haradan yaranıb heç anlamırsan. Düzdür, hər işi bacarmaq çox yaxşıdır. Yox, əgər yanınızda kişi varsa işlərin bir hissəsini də o etməlidir. Sizlərdən kimsə bütün bazar boyu əlində 3 zəmbillə gəzərək ucuz və keyfiyyətli kartof axtaran kişi görüb? Təbii ki, yox. Məsələ ondadır ki, biz bazara da özümüz gedirik və “məndən başqa heç kim bunu edə bilmir” sözləri ilə özünə təsəlli verir. Unutmayın ki, siz qadınsınız. Əgər kişi bazarlıq edə bilmirsə, zəhmət çəkib öyrənsin. Çünki onlar düşündüyünüz qədər axmaq və primitiv deyillər.


Məsləhət 3. Komplimentləri qəbul etməyi bacarın.


Bəzən biz qadınlar bizə deyilən komplimenti sadəcə qəbul etməyi bacarmırıq. Tanış bir vəziyyət: kişi sizə deyir ki, bu paltarda çox yaraşıqlı görünürsən. Sən isə əvəzində - “yox, əşi bu paltar köhnədir”.
Kompliment deyən kişi səmimi “çox sağ ol” gözləyir. Sizin özünütənqidinizə ehtiyacı yoxdur. Paltarın təzə və ya köhnə olması maraqlı deyil. Sadəcə sizin onun gözündə gözəl görünməyiniz əsasdır. Növbəti dəfə aldığınız komplimenti onunla səmimi söhbətə giriş kimi qəbul edin.


Məsləhət 4. Zarafatlaşırıq və maraq oyadırıq.


Düşünürsünüz ki, sevgi sayağı söhbətlər üçün artıq vaxtınız keçib? Əsla. Bu haqda düşünməyə belə dəyməz. Çünki qadın hər zaman qadındır və o istənilən yaşda və vəziyyətdə qadınlığını nümayiş etdirməyi, ondan istifadə etməyi bacarmalıdır. Kişi isə hər zaman kişi olaraq qalır. Gözəllik və sevgi axtarışında olan birisi. Ona görə evdə, küçədə, toyda tez-tez yüngül zarafatlar edib onu özünüzə cəlb edin.


Əgər qadın qiymətdən düşübsə əminliklə deyə bilərəm ki, bunun günahkarı o özüdür. Artıq həyata və münasibətlərinizə kənardan baxıb hər şeyi dəyişmək zamanıdır. Arzulanan qadın olmaq öz əlinizdədir.


Tarix: 22.05.2013 / 21:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 464 Bölmə: Kişiler haqqında