beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilər kimə "Qadınım" deyər?

Belə bir cümlə var ''Əyləniləcək qız var, Evləniləcək qız var"...

Bir kişinin həyatına girən qadınların hamısı sevgilidir. Amma bir dənəsi var ki, ona sadəcə "QADINIM" deyə xitab edər. Sevgilim dediyi, xoş vaxt keçirdiyi, bəzən boşluğunu dolduran, bəzən kədərini dağıdan, bəzən onu əyləndirən, bəzən onu dərdlərindən uzaqlaşdıran, ya da boş zamanlarını doldurandır. Hətta onunla evlənə bilər. Uşaqları belə olar. O artıq uşaqlarının anasıdır. Bir insan olaraq onu sevər. Ona zərər gəlməsini istəməz. Bir zaman sevgilim dediyi indi rəsmi olaraq arvadıdır...

Bir kişi "QADINIM" deyə xitab etdiyi zaman ona yüklədiyi məna tam fərqlidir. Onun içində şəfqət, sevgi, eşq, sahiblənmə, qısqanclıq, onunla qürur duyma, qoruma hissi və kimsəylə paylaşa bilməmək vardır. Artıq dünyaya niyə gəldiyini bilir. Həyatının mənası vardır artıq. Axtardığı yalnız odur. Onu tapmaq və onunla yaşamaq üçün doğulmuşdur. Onun olmadığı bir həyatı düşünə bilməz. Çox əmindir, tanrı onu yalnız özü üçün yaratmışdır. Dünyada bir tək o və özü vardır. Onun üçün canını verə bilər. Bu eşqdən də kənar bir şeydir. Bu ürəklə, ruhla olan bağlılıqdır...
Bu məntiqin bitdiyi yerdə başlayan bir duyğudur...


Tarix: 21.05.2013 / 20:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 442 Bölmə: Kişiler haqqında