beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zuckerberg Çin Səddini aşa biləcəkmi?

Facebookun qadağanlı olduğu Çinə 'turistik' gəzintiyə çıxan müdir Zuckerberg,facebooka daxilolma maneəsini qaldırmaq və 500 milyon aktiv Çinli internet istifadəçisini qazanmağa çalışır.

"1.6 milyard insanı çöldə buraxsanız bütün dünyanı bir-birinə bağlamaq hədəfinizi necə reallaşdırarsınız?" Bu sual, ya da cavab Facebookun gənc və milyarder qurucusu və CEOi Mark Zuckerbergə aiddir. Zuckerberg, bu cümlədən aylar sonra çinli-Amerikalı sevgilisiylə birlikdə Çinə ‘yarı-rəsmi' bir ziyarətə başladı.

Facebook açıqlamasında Zuckerbergin Çin ziyarətinin yalnız turizm məqsədli olduğu ifadə edilir.
Ancaq internet müdirinin əsl hədəfinin Facebooku qadağanlı olduğu Çində fəaliyyətə keçirib abunə sayını artırmaqdır.
Mandarin ləhcəsində Çincə də öyrənən Zuckerbergin, sayı 500 milyonu aşan Çinli aktiv internet istifadəçisini də Facebookda görmək istəyir.

Zuckerbergin Çin əslli Amerikalı sevgilisi Priscilla Chan ilə birlikdə çıxdığı gəzintidə, Çinin, və dünyanın, ən böyük axtarış sistemindən Baidu-nun CEO-siylə yemək yediyi ifadə edilir.
Açıqlanmasa da Zuckerbergin bəzi rəsmi səlahiyyətlilərlə də görüşməsi gözlənilir.

Firma, facebook.cn sahə adını 2007də qeydiyyat etdirdi.
Çindən daxilolma maneəli də olsa 2008də sayta Çincə dil variantı əlavə olundu.

Çində ‘Böyük Divar' (Çin Səddi) deyilən firewall sistemiylə Facebook, YouTube, Twitter kimi bir çox xarici sayta daxilolmaya maneələr törədilir.


Tarix: 21.11.2012 / 13:37 Müəllif: [Ram] Baxılıb: 584 Bölmə: Internet Yenilikleri