beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Qüdsi hədislər (Miniyə Oturarkən Edilən Zikr)

Rəvayət edilir ki, Əli ibn Rabiə demişdir: «(Bir dəfə) Əli (r.a) ilə birlikdə yol gedirdim, o ayağını miniyinin üzəngisinə qoyduğu zaman: «Allahın adı ilə!» - dedi. Oturanda isə, dedi: «Allaha həmd olsun! Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. Yoxsa bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq»(əz-Zuxruf 13-14). Sonra o, üç dəfə Allaha həmd etdi, üç dəfə «Allah böyükdür», üç dəfə «Allah pak və müqəddəsdir» və «Səndən başqa haqq ilah (məbud) yoxdur» - dedi. Bundan sonra: «Sən pak və müqəddəssən! Mən özümə zülm etdim. Məni bağışla! Şübhəsiz ki, günahları ancaq Sən bağışlayırsan» - deyib güldü. Mən soruşdum: «Səni güldürən nədir?» O dedi: «Allah Elçisinin  arxasınca gedirdim, o da mənim etdiyim kimi etdi və güldü». Mən də: «Ey Allahın Elçisi! Səni güldürən nədir?» - deyə soruşdum. O dedi: «Uca Allah buyurur: «Məndən başqa heç kəsin bağışlamayacağını bilən quluma təəccüblənirəm».

(Əhməd 1004, 1056, 1068. Şueyb əl-Arnavut hədisi həsən li-ğayrihidir.)


Tarix: 24.04.2013 / 20:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 92 Bölmə: Hedisler