beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilər, diqqətli olun! Bunlar sonsuzluq yaradır

Sonsuzluq bu gün çox aktual və təəssüflər olsun ki, geniş yayılmış problemlərdən biridir. Bu gün evli cütlüklərin 100-də 15 faizi övlad sahibi ola bilmir. Türkiyəli həkim Senai Aksoy bildirir ki, əgər rəsmi nigahın bir ili müddətində davamlı cinsi münasibətdən sonra hamiləlik baş vermirsə, bu cütlüklərdən birində və ya hər ikisində hansısa cinsi problemlərin olmasından xəbər verir. Övlad sahibi olmaq istəyən cütlüklər bu məsələdə həssas olmalı, həkim məsləhətlərinə əməl etməlidirlər.

Kişi və qadın xəstəlikləri üzrə mütəxəssis Senai Aksoy həmçinin bildirir ki, çox hallarda cütlüklərin övlad sahibi ola bilməməsinə kişi sonsuzluğu səbəb olur.
Kişilərdə sonsuzluğun yaranma səbəbini isə mütəxəssis aşağıdakı kimi sıralayır:
Əsas səbəblər:
• İmmunoloji faktor.
• Genitalinin iltihabi xəstəlikləri.
• Anadangəlmə inkişaf anomaliyaları. (kriptorxizm, monorxizm, anorxizm, epistadiya, hipostadiya və.s)
• Genetik xəstəliklər (Klaynfelter sindromu, Şereşvski-Terner kişi sindromu və s.)
• Xayanın qazanılmış zədələnmələri.
• Sistem xəstəlikləri (vərəm, qaraciyər sirrozu, XBÇ, şəkərli diabet, epidemik parotit və s.)
• Seksual və eakulyator disfunksiya.
• Abstruktiv azoospermiya.
• Nekrozoospermiya.
• Cərrahi müdaxilə səbəbindən (qasıq yırtığı, hidrosele, uretranın strikturası, sidik kisəsi və s.)
• Bəzi müalicə növləri (şüa, hormonal, kimyəvi, trankvlizator, hipotenziv, sulfanilamid, nitrofuran törəmələri və narkotik preparatlar)
Əlavə səbəblər:
• İntoksikasiyalar (alkoqol və nikotin).
• Radioaktiv şüalanma.
• Temperaturun təsiri.
• Alimentar faktor
Mütəxəssis müsahibəsində həmçinin onu da qeyd edir ki, yuxarıda sadalananlar bu səbəblərin yalnız müəyyən hissəsidir. Bunlar insan orqanizminə, onun çalışdığı və yaşadığı mühitə görə dəyişə bilər. Amma istənilən halda əgər cütlüklər bu cür problemlərlə rastlaşmamaq istəmirlərsə, həm evlənməzdən öncə, həm də evləndikdən sonra mütəmadi olaraq həkim nəzarətində olmalıdırlar.


Tarix: 07.01.2015 / 11:19 Müəllif: Aziza Baxılıb: 78 Bölmə: Həkim baba