beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sünnət nə üçün vacibdir?

Sünnətin tarixi qədim zamanlara gedib çıxır, dəqiq tarixini bilən yoxdur. Misir fironlarından II Ramzesin oğlunu sünnət etdirdiyi haqqında məlumatlar mövcuddur. Din tarixinə nəzər yetirdikdə isə bütün peyğəmbərlərin sünnət olunmağı tövsiyyə etdiyini görə bilərik. Buna baxmayaraq, xristian dünyası müsəlman və yəhudilər qədər bu mərasimə meyilli deyillər.

Sünnətin kişi sağlamlığına nə kimi faydası var?

1. Sidik kanalının infeksiyaya yoluxmasının qarşısını alır. Sünnət olunmayan zaman dəri infeksiya üçün əlverişli bir mühit rolun oynayır. ABŞ tədqiqatçılarının araşdırmalarına əsasən sidik kanalının infeksiyaya yoluxmasında sünnətsiz kişilər sünnət olunanlardan 20 dəfə çoxdur.
2. Cinsi yolla yoluxan bəzi xəstəliklərin qarşısını alır. Hətta sünnət olan insanın QİÇS-ə yoluxma riskinin sünnətsizlərə nisbətən az olduğu bildirilir.
3. Kişilərdə cinsiyyət orqanı xərçənginin qarşısını alır. Bu xəstəlik nadir bir xəstəlik olub 100 000 kişidən 0,7-0,9 kişidə rast gəlinə bilər.
4. Cinsiyət orqanının iltihabının qarşısını alır. İkinci dünya müharibəsi zamanı Körfəzdə döyüşən əsgərlərin burada tez-tez baş verən qum fırtınaları nəticəsində bu problemlə rastlaşdıqları məlumdur.

Hansı yaşda sünnət olunmalıdır?

Bəzən yaraların daha tez sağalması, qanamanın az olması və psixoloji travmanın olmaması baxımından bu əməliyyatın 0-1 yaş arasında edilməsi məsləhət görülür, lakin bəzi məqamlar var ki, uşağın sünnət olması onun sağlamlığı üçün təhlükəlidir (sidik dəliyinin normal yerindən aşağı və ya yuxarı olması və.s.) Bu hallar isə 6-7 yaşda özünü göstərdiyi üçün sünnət üçün ideal yaş 7 yaşdan sonra göstərilir.

Sünnət hansı hallarda olmaz?

Bədən hərarəti dəyişkən olan, sağlam qidalanmayan və xəstə uşaqlar sünnət edilmir.

Hipospadias və ya başqa bir ürogenital anomaliya olan şəxslər də tam müalicə olunmayana qədər sünnət olunmamalıdır.

Qanaxma xəstəliyi olan insanlarda (aşırı qanama, yaxud ailəsində qanaxma olan) lazımi tədbirlər görülüb qəti diaqnoz qoyulmadığı halda sünnət olmaz.


Tarix: 07.01.2015 / 11:18 Müəllif: Aziza Baxılıb: 54 Bölmə: Həkim baba