beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Belə geyinsəniz, çox cəlbedici görsənərsiniz

Bədən tipinizə uyğun paltarlar seçərək özünüzü daha gözəl ifadə edə bilərsiniz ...

- Sinəniz böyükdürsə, mat tünd rənglər , şaquli xəttlər və "V” şəkilli boyunluq geyinin.

- Sinəniz kiçikdirsə, boynu "straples” seqmentlər , yumru, üfüqi xəttlər olan geyimlərdən istifadə edin.

- Boyunuz çox uzun və çox zəifdirsə , balıqçı yaxalı, qalın toxumalı parçaları təcrübədən keçirin.

-Boyunuz qısa və kiloluysanız , V və U formaları tamamilə doğru seçimdir.

- Çiyinləriniz dardırsa, tək çiyinli və işıltılı qollar sizə çox yaraşar.

- Çiyinləriniz genişdirsə , mat və tünd rənglər , çiyinləri bağlayan V yaxalı parçaları yoxlayın.

- Beliniz qalındırsa, uzun boyunbağılar , bel bölgəsini incə göstərən V seqmentli paltarlar və drap parçalar geyinin.

- Beliniz incədirsə , nazik və qalın kəmərlər və o qəbildən olan aksessuarlardan istifadə edin.

- Ombalarınız genişdirsə , dümdüz şalvarlar , tünd rəngli parçaları sınayın.

- Ombalarınız dardırsa , dar seqment şalvarları, açıq rəngləri seçin.

- Ayaqlarınız qısadırsa , qısa ətək və paltarları rahatlıqla geyə bilərsiniz.

- Baldırınız qalındırsa, düz çəkmələri geyinin və dar şalvarlara üstünlük etməyin.


Tarix: 22.11.2014 / 16:40 Müəllif: Aziza Baxılıb: 346 Bölmə: Geyim/Moda/Deb