beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaz-yaz mövsümünün ən son dəbi

Dəb ustalarının sözlərinə görə, hərənin öz rəngi var. Amma bu mövsüm digər mövsümlərdən fərqli olaraq sakit tonlarla müşahidə olunacaq.

Aktual istiqamət var, amma rəng yoxdur. Ona moda tendesiyalarında krem-vanil-karamel deyilir. Ən dəbli geyimlər bu rəngdə təqdim olunub.

Yay mövsümünün əhval ruhiyyəyə, iqlimə görə maraqlı və qeyri-adi geyimlərin istifadəsinə imkan yaradır. Bir tərəfdən iş fəaliyyəti davam edir, digər tərəfdən biz səyahətə, tətilə daha çox zaman ayırırıq. Ona görə, üslublar müxtəlif olmalıdır. Mən bir neçə üsluba üstünlük verməyi məsləhət görərdim. Onlardan biri incə, zərif və romantik üslubdur. Bu incə çiçək motivli paltarlar, ətəklərdir. Burada bir az həcmə yer vermək lazımdır. Proporsiya elə olmalıdır ki, həm assimmetriyalar, həm lay-lay kəsimlər müşahidə edilsin. İkinci üslub səyahət üçün nəzərdə tutulub. Rahat, funksional baxımdan əlverişli, əsas isə təbii parçalardan tikilən geyimlər. Bu müxtəlif şalvarlar, şortlar ola bilər. Ətəklər də idman üslubunda olmalıdır. İndi elə kəsimlər var ki, bir ətəkdən 2-3 ətək çıxarmaq olar. Müxtəlif bağlar, zamoklar vasitəsilə onlar uzana, qısala, darala və ya genişlənə bilər. Hazırda dəb belə geyimləri təqdim edir.

Hazırda kəsimlər və formalar o qədər dəyişib ki, onları diqqətdən kənar qoymamaq lazımdır. Qarderobda yüngül parçalardan trençlər olsun. Trenc incə, astarsız plaş formasıdır. Çünki biz yayda gec saatlarına qədər hansısa əyləncə məkanında, dəniz kənarında ola bilərik. İstər istərməz hava rütubətli və soyuq ola bilər. Ona görə də bunlar vacibdir.
Yayda dərini və saçları Günəşdən qorumaq əsasdır. Modelyer bunun üçün şərflər və ləçəklərdən, şlyapalardan istifadəni zəruri hesab edir.

Yay mövsümündə aktullaşan daha bir üslub isə dəniz geyimləridir.
Həm çimərlik geyimləri, həm də üstündən geyinən geyimlər, çantalar, ayaqqabılar buna uyğun olmalıdır. İndi sakvoyaş tipli çantalar mövsüm üçün çox əlverişlidir. Ayaqqabılara gəldikdə isə mən yayda çox hündürdaban ayaqqabıdan istifadəni məsləhət görməzdim. Daha çox rahat, alçaq ayaqqabı geyinmək lazımdır. Çünki yayda biz ayaqaüstə daha çox oluruq. Hündürdaban ayaqqabı onurğaya daha çox ziyan vurur.

Gündəlik istifadə məhsulu olan eynəklərə gəldikdə qarderobda bu aksesuarın mütləq olmalıdır. Özü də ən azı 3 eynək. Birincisinin şüşələri tam qara rəngli olmalıdır. Bunlar yayda qızmar günəşin altında gəzmək üçündür. İkincisi, şüşələrin rənginin keçidlə olmasıdır. Axşam vaxtı mən özüm də belə eynəklərdən istifadə edirəm. İndi bordo və bənövşəyi rəngdə çərçivələr çox aktuallaşıb. Bu rəngə eynəklər çox dəbdə olacaq. Üçüncü, hədsiz açıq rəngdə eynəkdir. Məsələn, sarı və ya zeytun rənglərində şüşələr, çərçivələr. Bu da çox maraqlı və aktual eynək rəngidir.


Tarix: 26.12.2012 / 19:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 483 Bölmə: Geyim/Moda/Deb