beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alış-veriş daha sürətli olacaq

Aparılan müşahidələr zamanı aydın olub ki, geyim mağazaları alıcı tapmaq üçün müxtəlif üsullara əl atır. Məsələn:
Böyük araba- böyük xeyir. Boş məkanlarda arabalar daxili narahatlıq yaradır və izah olunan arzular tezliklə məkanı tamamilə dolduracaq.
Hazır geyimlər mağazalarında böyük güzgülər- incə hesab: güzgünün yanından keçərkən heç kəs nəfsinə tab gətirib, öz əksinə baxmaya bilməz. Elə insan yoxdur ki, öz xarici görkəmindən 100% razı olsun. Təcili nəsə almaq lazımdır deyə, dərhal qərar verilir.
Bir 100 manat futbolka ilə, 300 manat futbolka arasında heç bir riyazi fərq yoxdur. Əslində biz 200 manat boş yerə sərf edirik.
Sözün əsl mənasında- kassaya tərəf gedən alıcını müxtəlif maneələr gözləyir. Satıcılar bilir ki, alıcılar impulsiv bazarlıq etməyə daha meyillidirlər, əgər mal düz yolda çıxarılıbsa.
Ən çox istənilən mallar- süd, çörək və pendir- daha çox mağazanın ən uzaq küncündə yerləşir. Bu mallar demək olar ki, hər kəsə lazımdır, amma siz onlara çatana kimi yəqin ki, daha çox mal görəcəksiniz.
Geyim mağazasına gələrkən və orada olan rəflərə baxarkən, biz özümüzdən asılı olmayaraq səliqəli olan qalaqlara deyil, asılqanlarda olan səliqəsiz sviterə istiqamətlənirik. Bizim şüuraltımız bizə deyir ki, məhz orada olanlar maraqlı və dəyərlidir. Bununla yanaşı asılqanlarda olan qarışıqlığı satıcılar özləri yaradırlar.
Məhşur “final hərracları” , “tam aradan qaldırılma” və “mağazanın açılışına görə endirimlər” – bu qalan mallardan yaxa qurtarmaq üçün bir cəhtdir (və demək olar ki, onlar həmişə nəticə verir).
Mağazalar və restoranlar tez-tez ləziz qoxularla müştərilərinin iştahını qaldırır. Xüsusi ilə də təzə yağlı çörək və kofenin iyi alıcılarda həvəs oyadır.
Uşaq malları həmişə aşağıda olur. Əgər «Кinder-sürpriz» lə bağlı növbəti esterikaya düşmək istəmirsinizsə onda öz uşaqlarınızı arabalara mindirin.
Bütün başdan çıxaran şeylərdən sevincli üz çevirib rahatlaşmağa tələsməyin. Axı saqqız, şokolad, qəzet və batareyalar sizin gözünüzün qabağındadır. Əgər diqqətlə baxsaq görərik ki, kassadakı malın qiyməti ilə, zaldakı malın qiyməti biraz fərqlənir. Əlbəttə ki, mağazanın xeyrinə.


Tarix: 26.12.2012 / 19:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 550 Bölmə: Geyim/Moda/Deb