beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GÜNƏŞ

Röyada görülən parlaq və qaynar günəş-böyük hökmdar və xəlifə, möhtərəm bir ata, qızıl, yüksək çinli komandir, yaxud gözəl qadın anlamına gəlir. Özünü günəşə döndüyünü görmək-röya sahibi günəşin işıq və parlaqlığı qədər böyük bir mülk sahibi olacaq. Özünü günəşə yapışan, ilişən görmək-bir mövqeyə yetişəcək və ya yardımçılardan xeyir görəcəkdir. Zəncirdən sallaşaraq günəşə çatmaq-bir vilayətə vali təyin ediləcək və oranı ədalətlə idarə edəcəksiniz. Günəşə yaxın olmaq-hökumətdən mal, nemət və yardım alacaqsınız. Gündoğandan günbatana qədər bütün yer üzünün günəşinn işığına, nuruna boyandığını görmək-röya sahibi öz işinin ustasıdırsa, şöhrəti dünyanın hər yerində yayılacaqdır. Röyada günəşdən güc-qüvvət almaq-böyük hökmdar və hökumətdən qüvvət və qüdrət almağa yozulur. Əgər röya sahibi ordunun baş komandiridirsə, hökumətin himayəsində keçinəcəkdir. Sadə xalq nümayəndəsi üçün bu röya-bol ruziyə və halal mala işarə sayılır. Qadın üçün-ərindən sevindirici bir ərmağan alacağına yozulur. Gün işığının öz evinə düşdüyünü görən kişi evlənəcək; qadın isə böyük bir sərvətə qovuşacaqdır. Əgər bu röyanı görən tacirdirsə, alış-verişındə çoxlu qazanc əldə edəcəkdir. Gün işığı-hökmdar və ya padşahın böyüklüyü və adilliyi deməkdir. Günəşlə danışdığını görən adam hökumət tərəfindən yüksək bir məqama qaldırılacaq. Ayın danışması da belə yozulur. Günəşin bir yürdə çıxıb başqa yerdə batdığını görmək-röya sahibi hərbi işdədirsə, orda o, əziz və möhtərəm adam kimi seviləcək. Hərbdə deyilsə-bir bilgi və sənət sahəsində uğur qazanacaqdır. Günəşi başının üstündə görmək-bu yuxunu görən böyük bir qulluğa və ya hədsiz sərvətə nail olacaqdır. Ayaqları üstünə gün işığını düşdüyünü görmək-meyvə və taxıl məhsullarının çoxluğuna, yaşayışının bərəkətli olacağına yozulur. Gün işığının paltarı üstünə düşdüyünü görmək-bilinməyən bir xəstəliyə tutulacaqsınız. Gün işığının sinəsi üstünə düşdüyünü görmək-xəstəliyə işarədir. Bir qadın günəşin boyunbağından girib ətəyindən çıxdığını görərsə, o, bir hökmdar və ya dövlət başçısı ilə evlənəcəkdir. Qarnının yarılıb oraya günəşin yeridiyini görmək-yuxu görən vəfat edəcəkdir. Günəşi öz ölkəsinin səmasında parlaq və yanar görmək-röya sahibi qonaqdırsa, sağ-salamat öz yurduna dönəcəkdir. Günəşin güneydən bütövlükdə doğduğunu və onu bir hissəsini də batan görmək-xeyrə dəlil sayılır. Orda yaşayanların səfalı və xoş ömür sürdüklərinə işarədir. Günəşi udmaq-qayğıya, kədərə yozulur. Günəşin üstündə oturmaq-nemətə və səmadan enəcək bərəkətə əlamətdir. Günəşin qərbdən doğduğunu və şərqdə batdığını görməkxeyrə və ürəkdən davranışlara işarə sayılır. Bundan başqa, günəş röyada oğlan uşağını doğulmasına, kölələrin azad edilməsinə, insan sevincinə, səfərdəkilərin qayıdışına da yozula bilir. Günəşi qaranlıq görmək-pis və çirkin yuxu hesab edilir. Günəşin bağ-bostanı yaxdığını görmək-vəba xəstəliyinə, zülmə, ərzağın qiymətinin artacağına, bahaçılığa yozulur. Gün işığının yorğan-döşəyə düşdüyünü görmək-şiddətli bir xəstəliyə işarədir. Ay, günəş və ulduzları görmək-Yusif əleyhissəlamın ünlü hekayəsinə görə, bəlaya uğramağa, zindana düşməyə, həsədə, paxıllığa məruz qalmağa, ən sonda isə mülk və səltənət sahibi olmağa yozulur.


Tarix: 01.01.2014 / 16:22 Müəllif: Ebulfez Baxılıb: 210 Bölmə: G hərfi