beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda Gecə görmək

Yuxuda səssiz gecə sizi əhatə edirsə, işlərinizin ağır keçəcəyini nəzərdə fikirləşə bilərsiniz. Yuxuda gecə sona yaxınlaşırsa, çarəsiz görünən işləriniz aydın həllini tapacaq. Belə yuxudan sonra yaxşılığa doğru dəyişiklik gözlənilir.

Gecə -yaxşılıq və pislik əlamətidir.Yuxuda gecə kiminsə səsini eşitmək o deməkdir ki, gələcəkdə Yer üzünə bəlkə də Allah tərəfindən göndərilən insan gələcək.Belə yuxunu görən insan ekstrasenslik qabiliyyətinə malikdir: o insana keçmiş, gələcəkdən xəbər verə, insanlara şəfa verə bilər. Gecə kiminsə obrazını görmək – bu yaxınlarda etdiyiniz hərəkətdən peşman olacaqsınız. Yuxuda qaranlıq, ulduzsuz gecə görmüsünüzsə, belə yuxu yaşadığınız ölkədə düzgün siyasətin aparılmadığına işarədir.Yuxuda aydın, ulduzlu gecə görmək – yaxşı əlamətdir.Belə yuxu gələcəkdə xoşbəxt həyat, və insanların Günəş sisteminin bütün planetlərini öyrənəcəklərinə işarədir. Yuxuda səmada parlayan obyektlər görmək – gələcəkdə yeni planetlərin kəşf olunacağı və bu planetlərin canlı varlıqları iə əlaqələrin qurulacağına işarədir.Yuxuda soyuq gecə görmüsünüzsə, belə yuxu bizim planetdə günəşin istisi və işığının çatmayacağı dövrün gələcəyinə işarədir.Yuxuda gecənin gəlməsini gözləmək o deməkdir ki, gələcəkdə qəddar bir insanla qarşılaşacaqsınız. Ola bilsin ki, bu, qulyabanı və ya xortdandır. Buna görə də bu insandan qorunmaq lazımdır. Bu yuxu Yerə qara qüvvələrin gələcəyi zamanın yetişəcəyinə işarədir. Bu dövrdə insanları Pislik idarə edəcək, insanların bütün nöqsan, qüsurları çoxalacaq.


Tarix: 01.01.2014 / 14:37 Müəllif: Ebulfez Baxılıb: 148 Bölmə: G hərfi