Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

G hərfiYuxuda Sapfir – göy yaqut görmək

Sapfir – inam,sülh və uğur rəmzidir. Sapfir gördüyünüz yuxular müvafiq olaraq həyatınızda saydığımız bu atributları qazanmağa işarədir. Yuxunun mənası sapfiri özünüzün tapması yaxud onu sizə digər şəxsin verməsi ilə yozulur. Sapfiri özünüz tapmısınızsa, bu,real həyatınızda çatışmayan mənəvi rahatlıq və sülh axtarışlarına işarədir.Onu sizə gətiriblərsə bu o deməkdir ki, həyatın özü mənəvi nəsihətlər, rəhbərlik və idarəetmə tələb edir. Ardı »

G hərfiYuxuda Kimisə Günahlandırmaq

Yuxuda kimisə alçaq hərəkətinə görə günahlandırırsınızsa, bu o deməkdir ki, tabeliyinizdə oaln insanlarla mübahisəniz olacaq və ləyaqətiniz alçalacaq. Yuxuda sizi günahlandırırlarsa, həyatda sizin düşünülmüş şəkildə dedi-qodulara qoşulma təhlükəniz var.

Özün-özünü günahlandırmaq – xoşbəxtlik və məşhurluq; həyat yoldaşını günahlandırmaq –pis xəbərlərə işarədir; günahlandırılmaq – sizi xoşagəlmız hadisələr gözləyir. Ardı »

G hərfiGÖZƏTÇİ

Yuxuda gözətçi görmək-qüvvət və qüdrətin artacağını xəbər verir. Ardı »

G hərfiYuxuda Gül çələngi görmək

Qadın yuxuda tanımadığı pərəstişkarından gözəl bir gül çələngi alıbsa, bu yuxu hansısa hiyləgər bir insanın onun etibarını qazanmaq istədiyinə işarədir; gənc qıza bu yuxu xəbərdarlıqdır: yeni dostu onu aldadacaq və ya xəyanət edəcək.Tər güllərdən çələng düzəltmək gənc qız üçün oğlanların ona diqqəti, qadınlar üçün xoşbəxt sevgi münasibətləri deməkdir. Əgər yuxuda kiməsə özünüz hazırladığınız çələngi hədiyyə versəniz,bu tezliklə lazımi adama necə təsir göstərmək üçün yollar axtaracağınıza işarədir. Çələng hörməyi bilmirsiniz, lakin yuxuda bunu öyrənirsiniz – bu yuxu tezliklə sizdən çoxdan etmədiyiniz işi görməyə xahiş ediləcəyinə işarədir. Ardı »

G hərfiYuxuda Gəmi görmək

Gəmi – yeni və xoşbəxt həyata işarədir.Qızıl yelkənli, bəzəkli gəmi yuxunu görən adamın ölkəsində firavanlığın hökm sürəcəyinə işarədir. Yuxuda qırmızı yelkənli gəmi görmək qanlı qarşıdurmalar və rifah, əmin-amanlıq qazanmaq üçün çəkişmələrə işarədir.Yuxuda köhnə, sınıq gəmi görmək xoşbəxtliyə olan ümidlərinizin əbəs olduğuna işarədir. Taleyinizi başqa ölkə ilə bağlamaq və öz ölkənizdə siyasi vəziyyəti dəyişmək vacibdir.Yuxuda od tutub yanan gəmi görmək – əmin-amanlığın qəflətən pozulması, müharibə elan olunması və güclü təbii fəlakətə işarədir ki, bu da həyat tərzinə pis təsir edərək ölkəyə çoxlu iztirablar,fəlakətlər gətirəcək. Yuxuda gəminin partlladılmasını görmək dünya miqyaslı qəzaya işarədir: ekoloji böhran, nüvə müharibəsi, kosmik cisimlə toqquşma. Ardı »

G hərfiGƏMİ BATMASI

Röyada gəmi batdığını görmək-xeyirli və mənfəətli bir işə başlayacaqsınız. Gəmi batarkən fit səsi eşidilmişsə, gəlir lap çox olacaq deməkdir. Dəniz qəzasında gəminin batdığını görmək-qurduğunuz xəyalları, əməlləri heç vaxt həyata keçirə bilməyəcəyinizə işarədir. (Eyni zamanda, hər dürlü fəna hərəkətlərə meyilli olduğunuz və bu kimi uyğunsuzluq, özünüzə zərər gətirən iş və hərəkətlərdən sakınmanın gərəkliyini göstərir). Ardı »

G hərfiGİTARA

Röyada gitara çalmaq-artistik qabiliyyətlərə malik olduğunuza işarədir. Sənətinizi dəyişdirsəniz belə, bu yetənək və qabiliyyətinizi inkişaf etdirməniz məsləhətdir. Yuxuda gitara səsi eşitmək-poçt vasitəsiylə çoxdan intizarında olduğunuz xəbəri alacaqsınız. Ardı »