beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda Gül görmək

Yuxuda gül dəstəsi bağlamaq üçün gül dərmək, real həyatda bilik və dünyanı dərk etməyə başladığınızdan xəbər verir. Hədiyyə edilən güllərin tikanının əlinizi sancması ayıqlıqda yaxın və ya sevdiyiniz adamın xəyanəti üzündən ağır mənəvi və ürək ağrısı hiss etdiyiniz deməkdir. Bağınızda kiminsə gülləri tapdalaması o deməkdir ki, düşmənləriniz sizin lazımi məlumatı ala bilməməniz üçün mümkün olan hər şeyi edirlər. Evinizdə çoxlu sayda otaq gülıləri görmək hisslərin gizliliyindən xəbər verir. Yuxuda qeyri-adi dərəcədə gözəl güllərin olduğu gözəl bağ, onların möcüzəli iiyndə nəfəs aldığınızı görmək ayhıqlıqda qeyri-adi, romantik görüş vəd edir. Solmuş güllər sağlamlıqla bağlı problemlərdən və ayrılıqdan xəbər verir. Bağınızda gül əkdiyinizi görmək ayıqlıqda nəcib və müdrik iş tutuduğuna işarədir. Pərəstişkarlarınızın sizi demək oalr, güllərə qərq etməsi ayıqlıqda mənəvi tənhalığınızın hələ bir müddət davam edəcəyiknə işarədir. Sizin yüksək iddialarınız hər halda yerinə yetməmiş qalacaq. Yuxuda özünüzə çöl güllərindən əklil düzəltdiyinizi görmək yaxın vaxtlarda öz sevginizə qovuşacağınızdan və xoşbəxt ailə quracağınızdan xəbər verir. Dibçəkdə gül hədiyyə almaq ölmüş adam barədə məlumat alacağınıza işarədir.


Tarix: 01.01.2014 / 15:19 Müəllif: Ebulfez Baxılıb: 201 Bölmə: G hərfi