beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadının ürəyinə gedən yol…

Mentalitetimizdə geniş yayılan stereotiplərdən biri də odur ki, qadınların yeri mətbəxdir. Buna görə də kişilərin çoxu hətta öz qarınlarına yemək bişirmək üçün olsa belə, mətbəxə yaxın durmaq istəmirlər. Bu məqaləni də elə bu cür düşünən kişilərə həsr etmişik. Sıradan bir oğlanın yemək bişirməyi öyrənməsi üçün sizə 6 səbəb təqdim edirik:

1. Yəqin, xəbəriniz var ki, ona gözəl bir axşam yeməyi hazırlayan kişi üçün əriyib axmayan qadın yoxdur. Əgər xəbəriniz yoxdursa, bilin və bişirməyi öyrənin. Bir də görəcəksiniz ki, artıq playboya çevrilmisiniz.

2. Öz qarnını doydura bilmək əslində bir həyat təcrübəsidir. Yemək bişirməyi bilsəniz, ən azından qida mənasında heç kimdən asılı olmayacaqsınız.

3. Əvvəlki səbəbin davamı olaraq demək olar ki, bu bacarıq sayəsində siz pulunuza da qənaət edəcək, restoranlarda daha az pul xərcləcəksiniz.

4. Bu bacarığa yiyələnsəniz, həm də vaxtınıza qənaət etmiş olacaqsınız. Məsələn, səhər yeməyini evdə yesəniz, işə və ya dərsə gedərkən yolda dayanıb heç nə almaq məcburiyyətində qalmayacaqsınız.

5. Bu rejim ilə həm də arıqlaya bilərsiniz! İnanın, evdə bişirdiyiniz yemək mc donald’s-dan qat-qat daha sağlamdır.

6. Bişirmək sizin xoşunuza gələ bilər. Heç, xoşladığınız yeməyi bişirməkdən alacağınız zövq haqqında düşünmüsünüz? Bir düşünün. Yemək bişirmək bir çox insan üçün yoqanı belə əvəz edir.

Bəs siz yemək bişirməyi bacarırsınız?


Tarix: 06.01.2015 / 18:50 Müəllif: Aziza Baxılıb: 47 Bölmə: Gəl, tanış olaq