Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınların sevmədiyi 6 kişi tipi

Kişilər çox vaxt qadınların mürəkkəb varlıq olmasından, onları heç cür başa düşə bilmədiklərindən şikayətlənirlər. Əslində isə qadınları başa düşmək o qədər də çətin deyil. Onlar çox vaxt sevmədikləri xasiyyətinizi mütləq dolayı yolla da olsa, sizə bildirirlər. Qadınınızın nə istədiyini bilmək üçün sadəcə müxtəlif situasiyalarda onun reaksiyalarına, sözlərinə fikir vermək lazımdır.

Ancaq nə olursa olsun, qadınların sevmədiyi kişi tipləri də var. İndi həmin kişilər haqqında sizə məlumat vermək istəyirik. Qadınların sevgisinin qazanmaq istəyirsinizsə, aşağıdakı xüsusiyyətlərdən uzaq olun.

1. İşinə nifrət edən kişilər
Demək olar ki, hər birimiz günün əksər hissəsini iş yerində keçiririk. Bəs bilirsiniz ki, nifrət etdiyiniz iş yerində keçirilən uzun saatlar qədər münasibətinizi korlayan ikinci bir amil yoxdur. Çünki çox vaxt nə qədər istəməsək də, işdə olanları evimizə, ailəmizə də daşıyırıq. İşdəki mənfi auranı evə daşıyan həyat yoldaşı isə heç bir qadının arzuladığı ağ atlı şahzadə deyil. Bu halda qadınınız onsuzda sizə kömək edə bilməyəcək. Əmin olun ki, oz qayğılarınızla onun əhval-ruhiyyəsini korlamağınız heç birinizi xoşbəxt etməyəycək.

2. Anası barədə çox danışan kişilər

Anasını sevən, onun fikirlərinə xüsusi diqqət yetirən, hər mövzunu anası ilə əlaqələndirən kişilər və anasını heç sevməyən, tez-tez ondan şikayət edən kişilər. Qadınlar bu tiplərin heç birini sevmirlər. Onlar sizin ananıza hörmət edirlər. Ən azından ona görə ki, sizi o böyüdüb. Ancaq əmin olun ki, hər dəqiqədən bir ananızı tərifləməyinizə, və ya əksinə olaraq ondan şikayətlənməyinizə heç bir qadın uzun müddət dözməz.

3. Tez-tez tərif eşitmək istəyən kişilər

Sizin ona ağıllı, əyləncəli, yaraşıqlı olduğunu deməyiniz kifayət deyil. O bunu başqa insanlardan da eşitmək, hiss etmək istəyir. Nəinki istəyir, hətta bunun üçün dəridən qabıqdan çıxır. Bu artıq kişinin tərgidə bilmədiyi xasiyyəti halına çevriləndə isə qarşı tərəf tez ya gec buna sərt reaksiya verir.

4. Qadınınızın tanımadığı kişi dostlarınız

Davamlı olaraq e-maillə, telefonla kiminləsə danışan, mesajlaşan, tez-tez dostları ilə görüşən, amma bu görüşlərin heç birinə xanımını dəvət etməyən kişilər. Qadınlar kişilər üçün xüsusilə təhlükləlidir. Çünki bu zaman qadınınız düşünür ki, sizin üçün dostlarınızla vaxt keçirmək onunla vaxt keçirməkdən daha maraqlıdır və xanımınız maraqsız olduğu üçün siz onu dostlarınızla tanış etməkdən utanırsınız. Bu kimi davranışlarınız davamlı hal aldığı zaman qadınınız düşünür ki, siz mütləq onu aldadırsınız.

5. Qadınının xilaskarı olmağa çalışan kişilər

Söhbət özünün “qəhrəman” kimi göstərməyə çalışan kişilərdən gedir. Bu kişilər tez-tez qadınına ağıl verir, onu düşdüyü vəziyyətdən qurtarmağa, öz problemlərini bir kənara qoyub qadınının problemini həll etməyə çalışırlar. Belə tip kişilər sadəcə onlara ehtiyac olduğunu hiss etmək istəyirlər. Bu cür sıxıcı və yorucu birini kim sevər!?

6. Qadınını hər şeyə, hamıya qısqanan kişilər.

Bu qrupa hətta ən dözülməz kişi tipləri də deyə bilərik. Əmin olun ki, heç də bütün qadınlar qısqanc kişiləri sevmirlər. “Mən sevdiyimə görə qısqanıram”, “Sənə güvənirəm, amma ətrafdakılara yox” kimi sözlərlə hələ də qadınınızı inandıracağınızı gözləyirsinizsə, yanılırsınız. Heç bir qadın onun davranışını, geyimini formalaşdırmağa çalışan, onu öz istəklərinə görə istiqamətləndirən bir kişi ilə uzun müddət birlikdə olmaq istəməz.


Tarix: 06.01.2015 / 18:49 Müəllif: Aziza Baxılıb: 68 Bölmə: Gəl, tanış olaq
loading...