Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Gəl, tanış olaqQadınlar ən çox buna əsəbiləşir

Cütlüklər ən çox hansı səbəbə görə mübahisə edir? Qadınları əsəbləşdirən xasiyyətiniz hansılardır? Səbəbləri bilsəniz, həll yollarını tapmaq da asan olacaq. Buna görə də bu dəfə sizə kişi və qadın arasında ən çox mübahisə yaradan səbəbləri təqdim edirik. Oxuyun və çalışın ki, bundan sonra münasibətinizdə belə hərəkətlərə yol verməyəsiniz.

Corablarınızı kirli paltarlar qabına atın
Çox vaxt kişilər paltarlarını, corablarını çıxarıb səliqəsiz şəkildə evin bir küncünə atırlar. Əziz qadınlar, ömrünün ilk 25 ilini anası ilə birlikdə yaşayan tərəf müqabiliniz bu məsələdə ola bilsin ki, diqqətli deyil. Amma siz nə qədər haqlı olsanız da, çalışın ki, problemi çox böyütməyəsiniz. Ona vəziyyəti çox mülayim, incə şəkildə izah Ardı »

Gəl, tanış olaqHesab işlərinə qarışan qadın dözülməzdir

Qadınların kişilər barəsində hələ də bəzi suallara cavab tapmaqda çətinlik çəkdiyini bilirik. Bu dəfəki məqaləmizdə qadın oxucularımızı düşünərək kişilər haqqında onlara bir neçə maraqlı fakt təqdim etmək istəyirik. Buyurun, əziz qadınlar. Kişilərin sizin haqqınızdakı bəzi fikirləri ilə daha yaxından tanış olun.
ABŞ-da kişilər arasında keçirilən sorğunun nəticələri belə deməyə əsas verir ki,..
Kişilərin 76%-i qadınların ilk görüşdə həddindən artıq seksual paltar geyinmələrini yanlış hesab edir. Bunun onların həmin qadın haqqındakı fikirlərini müsbətə deyil, mənfiyə doğru dəyişdirdiyini bildirirlər.
Kişilərin 73%-i ilk gecədən problemlər haqqında danışmaqdan nifrət edir. Bundansa qarşılarındakı qadının “hər nöqtə”sini tanımağa üstünlük verirlər.
Kişilər heç də hər gördükləri qadınla cinsi münasibətdə olmaq istəmirlər. Sorğu Ardı »

Gəl, tanış olaqQadının “hüququ” artsa, boşanar

Bir çox mütəxəssislər ailədə qadın və kişinin bərabər hüquqa sahib olmasını xoşbəxtliyin əsas prinsiplərindən hesab edirdilər. Norveçin sosial araşdırmalar qurumu olan Novanın apardığı bir araşdırma isə bu yöndə olan bütün düşüncələri alt-üst edib. Adı çəkilən araşdırma nəticəsində məlum olub ki, ailədə qadın və kişi arasında olan bərabərlik əslində o ailənin tez dağılmasına səbəb olur.
Bu nəticəyə gəlmək üçün 5000 cütlük arasında sorğu keçirilib. Sorğu nəticəsində məlum olub ki, kişi və qadının bərabər hüquqlu olduğu ailələrdənsə, kişinin daha çox hüquqa malik olduğu ailələr daha uzunömrlü olur.
Bundan əlavə “Bərabərhüquqluluq” adlı məqalənin müəllifi olan psixoloq Tomas Hansen öz məqaləsində qeyd edib “Kişinin də qadınla eyni Ardı »

Gəl, tanış olaqXoşbəxt olmaq istəyirsənsə, sevgilinin keçmişini araşdırma

Təbii ki, hər birimiz ailə qurarkən xoşbəxt olmaq istəyirik. Bu məsələdə qismətin böyük rolu olsa da, hər şeyi qismətə bağlamaq da düzgün deyil. Bu bizim sevdiyimiz insana qarşı olan diqqətimizdən, davranışlarımızdan da asılıdır. Ailə həyatınızın xoşbəxt və uzun müddət davam etməsini istəyirsizsə bir neçə məsələyə xüsusi diqqət yetirməlisiz.

Uzun evliliyin sirrlərindən biri zaman ayırmaqdır
İctimai mühit, iş və s səbələrə görə bəzən cütlüklər bir-birinə kifayət qədər vaxt ayıra bilmir. Bu da vaxt keçdikcə münasibətlərdə qırılmlara gətirib çıxarır.

Sevdiyiniz insanın keçmişi
Keçmişdə yaşanmış hər hansı bir xoş olmayan hadisəni mübahisə etdikdə qarşı tərəfin üzünə vurmaq münasibətlərdə böyük problemlər yaradır.

Özünə diqqət
Bəzən ailə qurduqdan sonar xanımlar özlərinə əvvəlki Ardı »

Gəl, tanış olaqİlk görüşdə onun diqqətini çəkmək istəyirsənsə…

“Qadınların bəyəndiyi kişilər” daim ən çox müzakirə və mübahisə edilən mövzulardan olub. Doğrudur, bu kişi modeli insanın aid olduğu mədəniyyət, mental ənənələrə görə dəyişə bilər, amma bu yaxınlarda ABŞ-ın Rochester Universitetində aparılan yeni bir araşdırma nəticəsində sübut olunub ki, düşüncə formasından asılı olmayaraq demək olar ki, bütün qadınlar ilk görüşdə qarşılarında onlarla bir o qədər də maraqlanmayan, etinasız, bivec kişi görmək istəyirlər. Onlar üçün belə kişilər daha cəlbedicidir. Bunun səbəbi isə zərif cinsin bu tip kişiləri əldə etməyin çətinliyindən xəbərdar olması və onu əldə etməklə özlərinə olan inamlarını bərpa etmək istəyidir.
Qadın üçün ilk görüşdə həddindən artıq səmimi münasibət qurmağa çalışan kişini Ardı »

Gəl, tanış olaqQadınların gizlətdiyi sirrlər

Kişilər hər istədiklərini, düşündüklərini heç nə fikirləşmədən ətrafdakılarla bölüşürlər, amma qadınların bu məsələyə münasibəti fərqlidir. Onlar fikirləşdiklərinin yalnız müəyyən hissəsini qarşı tərəflə bölüşürlər. Buna görə də kişilər çox vaxt qadınları başa düşməyin mümkünsüz olduğundan şikayətlənirlər. Bilirik ki, bizim kişi oxucularımız arasında da bu mövzudan şikayətlənənlər kifayət qədərdir.
Elə bu səbəbə görə də sizinlə qadınların kişilərdən gizlətdiyi sirlər haqqında danışmaq istəyirik.

1. Qadınlar bəyəndikləri ayaqqabını, ətəyi, hətta qələmi belə özlərini xoşbəxt etmək üçün alırlar. Əksər hallarda isə ödəniş miqdarını kişilərdən gizlədir və ya qiyməti aşağı deyirlər. Onlar bunu ailələrininin xoşbəxtliyi üçün etdiklərini düşünürlər. Buna görə də söylədiklərini heç də böyük yalan hesab etmirlər.

2. Onlar Ardı »

Gəl, tanış olaqKim daha etibarlıdır?

ABŞ-da “Kişilər nə dərəcədə etibarlıdır?” mövzusunda aparılan bir araşdırmanın nəticələri kişilərin bir çoxunun ürəyincə olmayan nəticələr ortaya çıxarıb. Sözügedən araşdırma nəticəsində məlum olub ki, qadınlar kişilərlə müqayisədə yeddi dəfə daha etibarlıdır. Bu nəticəyə gəlmək üçün mütəxəssislər həyat yoldaşı xərçəng və bunabənzər bir neçə ağır xəstəlikdən əziyyət çəkən cütlüklər üzərində müşahidə aparıblar. Bu müşahidələr nəticəsində məlum olub ki, xəstəlikdən əziyyət çəkən qadın olduğu zaman evliliyin bitmə ehtimalı daha böyük olur. Belə ki, qadın xəstə olduğu zaman 22 cütlükdən 21-inin münasibətləri boşanma ilə sona çatır. Kişi ağır xəstəliyə tutulduğu zaman isə bu göstərici kəskin surətdə dəyişir. Belə ki, bu zaman 22 evlilikdən Ardı »

Gəl, tanış olaqBunları edirsə, ayrılmaq istəyir

Heç bir münasibət ani, gözlənmədən qəbul edilən qərar nəticəsində sona çatmır. Xüsusuilə də əgər kişilər münasibətə son qoymaq istəyirlərsə, ən azından 2-3 həftə əvəl hərəkətləri, davranışları ilə sizə mesaj ötürməyə, nələrinsə yolunda getmədiyini izah etməyə çalışırlar. Münasibətə son qoymaq istəyən tərəflərin davranış formalarını bilsəniz, bəlkə də cəld davranıb nələrisə qaydasına salmağa çalışa bilərsiniz. Buna görə də indi sizə münasibəti bitirmək istəyən tərəfin digəri ilə davranış formasına aid bir neçə misal çəkmək istəyirik.

Diqqətsiz davranış

Əvvəl danışdığınız mövzular onu daha çox maraqlandırırdı: sizə diqqətlə qulaq asır, söylədiklərinizə münasibət bildirirdi. İndi isə onun danışdıqlarınıza qarşı tək reaksiyası başını tərpətməkdir. Fikrinin başqa yerdə olduğu hər halından Ardı »