beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilər daha küsəyəndirlər

Həm kişilər, həm də qadınlar daim qarşı tərəfin diqqətini cəlb etməyə, onlarda özlərinə qarşı müsbət təəsurat yaratmağa çalışırlar. Bunun üçün isə onlar qarşı tərəf haqqında yazılanları maraqla izləyir, onları anlamağa çalışırlar. Elə buna görə də bu dəfəki məqaləni kişilər haqqında az bilinən gerçəklərdən xəbərdar olmaq istəyən xanımlarımıza həsr edirik. Hazır olun, əziz xanımlar, indi sizə kişilər haqqında bir neçə sirr vermək istəyirik.

– Bilirsiniz ki, əslində kişilər də ən az qadınlar qədər duyğusaldırlar? Amma onlar bu xasiyyətlərinin həmcinsləri tərəfindən normal qarşılanmadığını bildikləri üçün əksər hallarda bunu göstərməməyə çalışarlar.

– Kişilər hər nə qədər idarə etməyi sevən varlıqlar olsalar da, əslində onları da idarə edən, fikirlərini dəyişən başqa kişilər var. Bu onların yaxın dostları, çevrələridir. Onlar özləri etiraf etməsələr də, dostlarının hər hansısa bir məsələ haqqında fikirləri bəzən onların həmin məsələyə münasibətini 180 dərəcə dəyişə bilir.

– Dedi-qodu qadınlara xas xasiyyət kimi tanınsa da, əslində bu xasiyyət kişilər də də var. Amma onlar mümkün qədər bunu hiss etdirməməyə çalışarlar.

– Kişilər yemək seçmirlər. Əksər hallarda qarşılarına nə qoysanız, onu yeməyə razılaşır.

– Kişilərin orqanizmləri düşündüyünüzdən də möhkəmdir.Buna görə də onlar ən çətin həyat şəraitində belə sağ qalmağı bacara bilirlər.

– Kişilər qadınlardan daha səbrlidirlər. Onlar hər hansısa hadisə haqqında erkən reaksiya verməkdənsə, olayları axıra qədər izləməyi üstün tuturlar.

– Kişilər küsəyəndirlər, amma digər xasiyyətləri kimi bunu da hiss etdirməməyə çalışırlar.

– Onlar heç də bir çox qadının düşündüyü kimi qeyri-adi istedada malik deyillər. Sadəcə, qadınlar kimi xırda detallara fikir verməyib, birbaşa nəticəyə yönəldiklərindən problemlərə daha asan həll yolu tapa bilirlər.

– Kişilər qadınlar kimi günlük deyil, daha çox aylıq planlar qurarlar.

– Əksər kişilər analarını, atalarından daha çox sevirlər.

– Kişilər qadınlar kimi xərclədikləri pulun arxasından heyfislənmirlər.

– Qadınlara nisbətdə kişilər daha tez orqazm olurlar.

– Onlar xırda şeylərə görə xoşbəxt olmurlar.

– Həyata təhlükəli bir oyun kimi yanaşırlar və qalib gəlmək üçün əllərindən gələnin ən yaxşısını etməyə çalışırlar.

– Əgər o bir insana güvənsə, sevsə, bütün riskləri gözə ala bilər.

– Kişilər sadəcə həll eləmək iqtidarında olduqları problemləri sevirlər.

– Onlar daha üzaqgörəndirlər. Daha çox baş verən hadisə haqqında yox, onun səbəb ola biləcəyi nəticələr haqqında düşünürlər.


Tarix: 06.01.2015 / 18:48 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Gəl, tanış olaq