Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bunları edirsə, ayrılmaq istəyir

Heç bir münasibət ani, gözlənmədən qəbul edilən qərar nəticəsində sona çatmır. Xüsusuilə də əgər kişilər münasibətə son qoymaq istəyirlərsə, ən azından 2-3 həftə əvəl hərəkətləri, davranışları ilə sizə mesaj ötürməyə, nələrinsə yolunda getmədiyini izah etməyə çalışırlar. Münasibətə son qoymaq istəyən tərəflərin davranış formalarını bilsəniz, bəlkə də cəld davranıb nələrisə qaydasına salmağa çalışa bilərsiniz. Buna görə də indi sizə münasibəti bitirmək istəyən tərəfin digəri ilə davranış formasına aid bir neçə misal çəkmək istəyirik.

Diqqətsiz davranış

Əvvəl danışdığınız mövzular onu daha çox maraqlandırırdı: sizə diqqətlə qulaq asır, söylədiklərinizə münasibət bildirirdi. İndi isə onun danışdıqlarınıza qarşı tək reaksiyası başını tərpətməkdir. Fikrinin başqa yerdə olduğu hər halından bilinir. “Nə olub sənə?” deyə soruşduğunuz zaman uzun bir cümlə quracaqmış kimi dərindən nəfəs alır və yalnızca “heç” deməklə kifayətlənir. Çox güman ki, bu zaman sizdən ayrılacağı gün və bu xəbəri deməyin yolları barədə düşünür.

Əvvəllər zarafatlarıma gülərdi

Əvvəllər bu mövzuda etdiyiniz zarafatlar ona çox gülməli görünərdi. İndi isə etdiyiniz hər zarafata qarşı sərt münasibət göstərir, ya da birbaşa olaraq bunun heç də gülməli olmadığını deyir.

Fikir ayrılıqları

Keçmiş zamanlarda söylədiyiniz fikirlərə axıra qədər diqqətlə qulaq asar, bu barədəki düşüncələrini sizinlə həvəslə paylaşardı. İndi isə hansısa bir mövzu ətrafında danışarkən nə yolla olur, olsun özünün bu barədə haqlı olduğunu göstərməyə çalışır. Sizin söylədiklərinizin onun üçün heç bir əhəmiyyəti yoxmuş kimi davranır.
Ətrafdakıların təsiri altına düşmək

Münasibətin əvvəlində bir-birini sevən əksər cütlüklər ətrafdakıların onlar haqqında düşüncələrinə əhəmiyyət vermirlər. Öz hiss etdiklərini daha əhəmiyyətli sayırlar. Amma qarşı tərəf sizdən ayrılmaq haqqında düşünürsə, bu zaman uzaq ətrafınızın sizin haqqınızda dediyi neqativ fikirlər ona təsir etməyə başlayır. Hələ bu münasibəti bildirən yaxın dostlarıdırsa, sizdən ayrılmaq fikrini daha da qətiləşdirir.

Artıq mübahisə etmirsiniz

Sevdiyimiz insanla mübahisə etməyi heç birimiz istəmirik, amma doğurdan da etdiyimiz bütün xırda mübahisələr münasibətimizə daha da rəng qatır. Əksər hallarda da mübahisələrimiz geyim tərzinə, xırda yalanlara, qısqanclıqlara görə olur. Bu bir növ də qarşı tərəfin bizə olan diqqətinin göstəricisidir. Buna görə narahat olmağa dəyməz. Əsil narahatlıq sevdiyimiz insan artıq bizim heç nəyimizə qarışmadığı zaman başlayır.

Subay dostlara həsəd aparmaq

Tez-tez subay dostları, rəfiqələri ilə harasa getmək, əylənmək haqqında düşünür. Bu onun subay dostlarına həsəd apardığının, onların həyatını daha maraqlı hesab etdiyinin ilk işarələridir. Yaşadığı münasibətin onun azadlığını əlindən aldığını düşünüən hər cütlük tez ya gec ayrılmaq haqqında düşünür.


Tarix: 06.01.2015 / 18:38 Müəllif: Aziza Baxılıb: 72 Bölmə: Gəl, tanış olaq
loading...